|
Əbdül Mahmudov –rejissor
|
05.05.1944-cü ildə Azərbaycan respublikasının Əlibayramlı şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq bölməsini bitirib "Azərbaycanfim" kinostudiyasında işləyir. Bir neçə filmdə maraqlı obrazlar yaradıb.1973-cü ildə Moskvada Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsini bitirir. O vaxtdan bədii filmlərərin rejissorudur. Azərbaycanın Dövlət mükafatı lauriatı və Əməkdar incəsənət xadimidir.
|
Filmoqrafiya:
1974 "Qeyri adi ov"
1975 "Firəngiz"
1977 "Üzü küləyə"
1984 "Atları yəhərləyin"
1985 "Şəhərli biçinçilər"
1989 "İki sahil"
1990 "Gecə qatarında qətl"
|
|
|
|