Əcdər İbrahimov – rejissor, ssenarist
(1919-1994)
  1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunun kinorejissorluq fakultəsini bitirib. 1952-ci ildə Aşqabad kinostudiyasında fəaliyyətə başlayıb. 1954-1959-ci illərdə Bakı kinostudiyasında işləyib. 1959-1962-ci illərdə Vyetnamda ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib. 1962-ci ildən "Mosfilm" kinostudiyasında işləyib.Azərbaycanın xalq atisti fəxri ada və Dövlət Mükafatına layiq görülüb.

  Filmoqrafiya:

1953 "Firuzə" - sənədli
1953 "Xəzərin şərqində"- sənədli
1957 "Bir məhəlləli iki oğlan
1959 "Onun böyük ürəyi"
1966 "26-lar" həmdə ssenarist (I.Hüseynovla birgə)
1970 "Ulduzlar sönmür" həmdə ssenarist (I.Hüseynovla birgə)
1973 "Ürək məsələləri"
1978 "Qayınana" - ssenarist(M.Maleyevlə birgə)
1978 "Məhəbbətim mənim, kədərim mənim"
1979 "Qəribə adam" - həmdə ssenarist (M.Maleyevlə birgə)