Ayaz Salayev- rejissor, ssenarist, kinoşunas
  01.08.1960-ci ildə Bakı şəhərində anadan olub. Kinoşunas, ssenarist, kinorejissor, pedaqoq. 1977-1982-ci ildə Moskvada ÜDKİ-nun kinoşunaslıq fakultəsini bitirib.200-ə qədər dünya kinosunun tarixinə aid televiziya verilişlərinin müəllifidir. "Yarasa" filmi 20-ə qədər beynəlxalq kinofestivallarda iştirak edib. Müxtəlif priz və mükafatlara layiq görülüb. Əməkdar incəsənət xadimidir.

  Filmoqrafiya:

1979-85 "Retro" - tv. veriliş
1988 "Ata" - sənədli
1995 "Yarasa" - bədii
1998-00 "Anlam" - tv. veriliş