|
Eldar Quliyev – rejissor, ssenarist
|
7.01.1941-ci ildə Bakıda anadan olub. 1960-1967-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakultəsində təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bir neçə bədii və sənədli filmin müəllifidir. Həmçinin bir neçə filmin ssenari müəllifidir.Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülmüşdür. Respublika Dövlət mükafatı laureatı, Azərbaycanın xalq artistidir. "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professorudur. Yaradıcılığı müxtəlif mövzularla, janrlarla zəngindir. "Bir cənub şəhərində" filminin Azərbaycan kino tarixində novatorluğu - düşüncə tərzində, bədii-estetik formasında qabarıq görünür. "Film janrına görə komediya - daha dəqiq desək mənəviyyatın tragikomediyasıdır. Burada ekzotikanı axtarmaq düzgün deyil, bu hər şeydən əvvəl dəqiq göstərilən reallıq, ətrafa aydın müşahidəçilik, düşüncə ilə yanaşmaq qabiliyyətidir. Dəqiq ideyası, mənəviyyatı mövqedir" (Yuri Xanyutin)
|
Filmoqrafiya:
1967 "Biri var idi, biri yox idi"
1969 "Bir cənub şəhərində"
1970 "Abşeron ritmləri" - film-konsert
1971 "Vacib müsahibə"
1972 "Var olun, qızlar"
1974" Səmt küləyi"
1975 "Ürək, ürək."
1977 "Sevinc buxtası"
1979 "Babək"
1982 "Nizami"
1984 "Gümüş göl əfsanəsi"
1986 "Şəhərətrafı gəzinti"
1989 "Təxribat"
1992 "Dostuma məktub" - sənədli
1997 "Elegiya" - sənədli
1999 "Nə gözəldir bu dünya"
|
|
|
|