Firəngiz Qurbanova – rejissor, ssenarist, rəssam.
  12.03.1943-cü ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan rəssamlıq məktəbini, 1971-ci ildə Moskvada Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakultəsini bitirib. 1971-ci ildən "Azərbaycanfilm" kinostudiyasında bədii və cizgi filmlərində quruluşçu rəssamı və rejissoru kimi, fəaliyyət göstərmişdir. Müstəqil «Birlik» studiyasının rəhbəridir. Əməkdar İncəsənət xadimidir.

  Filmoqrafiya:

1973 "Xatirələr sahili" – bədii, rəssam
1973 "Bulud niyə ağlayır" – cizgi, rəssam
1974 "Ömrün səhifələri" – bədii, rəssam
1975 "Alma almaya bənzər" – bədii, rəssam
1976 "Beləliklə biz başlayırıq" – sənədli, – cizgi hissəsi -rejissor-rəssam
1977 "Şir evdən getdi" – bədii, rəssam
1978 "Bir ailəlik bağ evi" – bədii, rəssam
1978 "Arzu yarat" – cizgi – rejissor, rəssam
1980 "Anlamaq istəyirəm" – bədii, rəssam
1982 "Gümüşü furqon" – bədii, rəssam
1983 "Akvarium" – cizgi -rejissor-rəssam
1985 "Bir axşam" – cizgi -rejissor-rəssam
1986 "Anam ağaca qonub" – cizgi, rejissor, rəssam
1987 "Kölgədə 40 dərəcə isti" – bədii, rəssam
1987 "Seans" – cizgi, rejissor, rəssam
1989 "Kürən" – cizgi -rejissor-rəssam
1990 "Keşikçi" – cizgi –rejissor, ssenarist, rəssam
1990 "Yaramaz kral" – cizgi -rejissor-rəssam
1991 "Şahzadə qız-Mimo" – cizgi -rejissor-rəssam
1992 "Ad günü" – cizgi –rejissor, ssenarist, rəssam
1992 "İfritə meymun" – cizgi –rejissor, ssenarist, rəssam
1995 "Zəka yatarsa" – cizgi –rejissor, ssenarist