Həsən Seyidbəyli – rejissor, ssenarist, yazıçı.
(22.12.1920-25.06.1980)
  1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunun kinorejissorluq fakultəsində təhsil almışdır."Azərbaycanfilm" kinostudiyasında kinorejissor, 1963-1980-ci illərdə Azərbaycan Kinomatoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmişdir. "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulmuşdur. Bir neçə kitabın müəllifidir. Filmləri Ümumittifaq Kino festivallarında Priz və diplomlara layiq görülmüşdür. Azərbaycanın xalq artisti.

  Filmoqrafiya:

1954 "Doğma xalqımıza" - ssenari müəllifi
1956 "Qızmar günəş altında" - ssenari müəllifi
1958 "Uzaq sahillərdə" - ssenari müəllifi
1962 "Telefonçu qız" - rejissor və ssenari müəllifi
1964 "Kimi daha çox sevirik" - rejissor və ssenari müəllifi
1965 "Möcüzələr adası" - rejissor və ssenari müəllifi
1966 "Sən niyə susursan" - rejissor və ssenari müəllifi
1969 "Bizim Cəbiş müəllim" - rejissor
1970 "O qızı tapın" - rejissor və ssenari müəllifi
1974 "Nəsimi" - rejissor
1976 "Xöşbəxtlik qayğıları" - rejissor və ssenari müəllifi