Hüseyn Mehdiyev – rejissor, ssenarist, operator
  19.03.1945-ci ildə Azərbaycanın Şəki şəhərində anadan olub. 1977-cildə Moskva Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatoluq fakultəsini bitirib. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında bir sıra sənədli və bədii filmlərin quruluşçu-operatoru, 1986-ci ildən quruluşçu rejissorudur. «Dissonans», «Ancaq adanı özünlə apara bilməzsən», "Özgə vaxt" filmləri bir sıra beynəlxalq kinofestivallarda müxtəlif mükafatlara layiq görülüb. Əməkdar İncəsənət xadimidir.

  Filmoqrafiya:

1978 "Dissonans" - operator, sənədli
1979 "Arvadım mənim, uşaqlarım mənim" - operator:
1979 "Diplom işi" - operator:
1980 "Vah!" - operator:
1980 "Təkcə adanı özünlə apara bilməzsən"- operator:
1981 "Babamın babasının babası" - operator:
1982 "M.F.Axundov" – operator, sənədli
1982 "İşgüzar səfər" - operator:
1986 "Qəm pəncərəsi" - operator:
1984 "Qoca palıdın nağılı" - rejissor
1985 "Şəhərli biçinçilər" – rejissor, operator
1988 "Süd dişinin ağrısı" - rejissor
1990 "Şahid qız" – rejissor, ssenarist
1991 "Səhnədə keçən ömür" - rejissor (sənədli)
1992 "Dostuma məktub" - rejissor (sənədli)
1994 "Udin xalqı" - rejissor, ssenarist (sənədli)
1996 "Özgə vaxt" - rejissor, ssenarist
2002 "Məkanın melodiyası" – rejissor, ssenarist