Cəmil Fərəcov – rejissor
  13.02.1946-ci ildə Bakıda anadan olub. 1969-cı ildə Azərbaycan Neft və Kimya İnstitunu, 1974-ci ildə Leninqrad Dövlət teatr, musiqi və kinomatoqrafiya İnstitunu bitirmişdir. 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyir."Arvadım mənim, uşaqlarım mənim" bədii filminin, 30-dan yuxarı sənədli filmin quruluşçu rejissorudur. Əmkkdar incəsənət xadimidir.

  Filmoqrafiya:

Sənədli filmlər
1972 "Mikayıl Abdullayev"
1972 "Suvenir"
1975 "Qizil balıq"
1978 "Arvadım mənim, uşaqlarım mənim" - (bədii film)
1978 "Alov əsgərləri"
1979 "Faytonçu"
1980 "Gəmiqaya"
1982 "Ailə - yeddi mən"
1989 "Toranlıq"
1992 "Azərbaycan və Nobel qardaşları"
2000 "Bura - Naxçıvandır"