Lətif Səfərov – rejissor
(1920 - 09.12.1963)
  On yaşında "Lətif"(1930) filmində baş rolu oynayır. Sonralar Bakı kinostudiyasında işləməyə başlayır - bir neçə filmdə çəkilir, rejissor köməkçisi işləyir.1950-ci ildə Moskvada Ümumittifaq Kinomatoqrafiya İnstitutunun rejissorluq fakultəsini bitirir.1956-ci ildə "Sevimli mahnı"("Bəxtiyar") musiqili bədii filmini çəkir.1957-ci ildə "Qızmar günəş altında", 1962 - ci ildə "Leyli və Məjnun" filmlərini çəkir. Bundan başqa bir neçə sənədli filmin də rejissorudur. Azərbayjan Kinematoqrafçılar İttifaqının ilk rəhbəri olub.

  Filmoqrafiya:

1956 "Sevimli mahnı" ("Bəxtiyar")
1957 "Qızmar günəş altında"
1962 "Deyli və Məjnun"