Ramiz Əsgərov – rejissor
(09.02.1937 - 27.07.1967)
  1957-1965-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunun kinorejissorluq fakultəsində təhsil alır. İlk bədii filmi N.Hikmətin "Romantika" əsəri əsasında A.Voyazislə birgə çəkdiyi "Həyat gözəldir, qardaşım!" (1966) tammetrajlı filmi olmuşdur. Zaqafqaziya və Ukrayna respublikalarının zona festivalında uğurlu debütə görə SSRİ Kinomatoqrafçılar İttifaqının diplomuna layiq görülmüşdür. "Mən ki, gözəl deyildim" filminin quruluşçu rejissoru olub. (T.Tağızadə və A.Quliyevlə birgə) 1967-ci ildə çəkiliş zamanı həlak olub.

  Filmoqrafiya:

1966 "Həyat gözəldir, qardaşım!"
1967 "Mən ki, gözəl deyildim"
1967 "Əzim Əzimzadə" (ssenari müəllifi)