Rüfat Şabanov – rejissor
(22.06.1922 - 04.08.1998)
|
Bakı şəhərində anadın olub. 1945-1951-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1951-1957-ci illərdə Rus Dram Teatrında işləyib. 1957-1967-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında işləyib. Onun çəkdiyi "Xidmət lifti" filmi Tbilisidə keçirilən kinofestivalda rejissor işinə görə priz və diploma layiq görülüb. 1967-1977-ci illərdə "Azərbaycantelefilm"in baş rejissoru olmuşdur. Əməkdar incəsənət xadimi idi.
|
Filmoqrafiya:
1964 "Dağıstanın incəsənət ustaları" - sənədli
1965 "Xidməti lift" - bədii
1983 "Gəmi saatının sirri" - bədii
1985 "Gəncliyin 17 ili" - bədii
1973 "Quba" - sənədli
1977 "Bakı" - sənədli
1980 "Nizami Gəncəvi" - sənədli
1981 "Şüvalan gülləri" - sənədli
|