|
Rüstəm İbrahimbəyov –ssenarist, yazıçı, rejissor
|
05.02.1939-cu ildə Bakıda anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib, namizədlik dissertasiyasını müdafiə edir. O illərdə Moskvada Ali rejissorluq və ssenaristlik kursların əvvəlcə ssenari bölməsini (1967), sonralar rejissorluq bölməsini (1974) bitirir. 1981-ci ildən Azərbaycan kinematoqrafçılar İttifaqının Sədridir. 1992-ci ildən həm də MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqı Konfederasiyasının Sədri seçilib. Avropa və Amerika Kino Akademiyasının üzvüdür. Azərbaycanın Xalq yazıçısıdır. Azərbaycan, Rusiya və SSRİ-in Dövlət mükafatlarına layiq görülüb. 1995-ci ildə «Günəşdən usanmışlar» filmi Amerika Kino Akademiyasının «Oskar» mükafatını alıb.
|
Filmoqrafiya:
1969 "Bir cənub şəhərində" - ssenarist
1969 "Səhranın ağ günəşi" - ssenarist
1969 "Çekist haqqında povest" - ssenarist
1970 "Müharibənin sonunda sakit gün" - ssenarist
1973 "O vaxt mən yox dedim" - ssenarist
1975 "Ürək, ürək" - ssenarist
1976 "Suita" rejissor, ssenarist
1977 "Ad günü - ssenarist
1978 "Risqin strategiyası" - ssenarist
1978 "Bir ailəlik bağ evi" - ssenarist
1979 "Məhəbbətlə yarıbayarı" - ssenarist
1979 "İstintaq" - ssenarist
1981 "Anın quruluşu" - ssenarist
1981 "Bağlı qapı arxasında" - ssenarist
1982 "İşgüzar səfər" - ssenarist
1982 "Gəmi saatının sirri" - ssenarist
1983 "Park" - ssenarist
1986 "Talismanım, qoru məni" -- ssenarist
1987 "Vurulmayan sillə" - ssenarist
1987 "Sərbəst enmə" - ssenarist
1987 "Özgə həyat" - ssenarist
1987 "Filer" - ssenarist
1989 "Ölsəm bağışla" - ssenarist
1991 "Qətldən yeddi gün sonra" - ssenarist
1991 "Urqa - məhəbbət dairəsi" - ssenarist (N.Mixalkovla birgə)
1994 "Həm ziyarət, həm ticarət" - ssenarist
1994 "Günəşdən usanmışlar" - ssenarist (N.Mixalkovla birgə)
1996 "Uçulmuş körpü" - rejissor (R.Puyya ilə birgə), ssenarist
1996 "Çalışqan adam" rejissor, ssenarist
1998 "Ailə" rejissor (R.Mirzəyevlə birgə) - ssenarist
1999 "Sibir bərbəri" ssenarist (N.Mixalkovla birgə)
1999 "Şərq - Qərb" ssenarist (S.Bodrovla birgə)
2001 "Əlaqə telefonu" rejissor, ssenarist
|
|
|
|