Səməd Mərdanov – rejissor
(22.09.1909 – 06.08.1939)
  1935-ci ildə Moskvada Ümümittifaq Dövlət Kinomatoqrafiya İnstitunun rejissorluq fakultəsini bitirmiş ilk Azərbaycanlı kinorejissor. Mərhum kinorejissor S.M.Eyzenşteynin tələbəsi olmuşdur.Beşinci kursda oxuyarkən B.Barnetin çəkdiyi ilk səsli "Mavi dənizin qoynunda" Azərbaycan filmlində rejissor olmuşdur.1939-cu ildə quruluşçu rejissor kimi müstəqil çəkdiyi "Kəndlilər" filmi son yaradıcılıq işidir.

  Filmoqrafiya:

1933 "Köçərilər" - sənədli,
1936 "Mavi dənizin qoynunda" - bədii
1939 "Kəndlilər" bədii