Ziyafət Abbasov – rejissor
  23.09.1935-ci ildə Bakıda anadan olub. 1963-1968-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakultəsində təhsil alıb. 1968-1974-cü illərdə Azərbaycan Dövlət Tele və Radio Şirkətində, 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. Əməkdar İncəsənət xadimidir.

  Filmoqrafiya:

1978 "Arvadım mənim, uşaqlarım mənim"
1980 "Onun bəlalı məhəbbəti"
"Mozalan" kinojurnalı 34 bədii və sənədli süjet.