| "Gənc professional" Beynəlxalq Audiovizual festivalın REQLAMENTİ |
![]() |
|
· Kinofestivalın məqsəd və vəzifələri: Beynəlxalq Audiovizual sahədə gənc müəlliflərinin əsərlərinin baxışını və müzakirəsini keçirmək, festival çərçivəsində beynəlxalq audiovizual sənətin inkişaf perspektivləri ilə bağlı seminarlar keçirmək. · Keçirilmə tarixi: 23-27 oktyabr 2003-cü il. · Əhatə sahəsi: Kinofestivalda 35 yaşı tamam olmamış sənətçilər, kino və video daşıyıcılarında istehsal olunmuş aşağıdakı janrlarda əsərləri müsabiqə və informasion baxış bölmələrinə təqdim edə bilərlər: - Bədii film; - Sənədli film; - Cizgi film; - Televiziya müəllif verlişi; - Klip; - Reklam, - Tələbə işi, - Kompyuter qrafikası · Festivalın bölmələri: - Müsabiqə bölməsi; - İnfarmasion baxış; - Tələbələrin işləri; - Retrospektiv baxış. · Müsabiqə bölməsi: * Müsabiqə bölməsinə təqdim olunan audiovizual əsərin yaradılması tarixi 2002-2003-cü illəri əhatə etməlidir; * Əsər orijinal olmalı, 35 mm kinoplyonkada ya da professional videodaşıyıcılarda istehsal olunmalıdır; * Əsərin rejissorunun yaşı 35-dən yuxarı olmamalıdr; * Əsərlərin müsabiqəyə təqdim olunmasının son tarixi: oktyabr ayının 1-ə qədər. * Müsabiqə bölməsində iştak etmək üçün, seçim komissiyasına, əsərin VHS nüsxəsi ilə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır: - Filmin sifariş forması (doldurulmuş); - rejissorun filmoqrafiyası; - əsərin qısa məzmunu; - əsərdən foto; - rejissorun fotoşəkli; * Seçim komissiyası oktaybrın 5-a qədər namizədlərə əsərin müsabiqə bölməsində iştrak edib-etməməsi haqqında rəsmi məlumat verir; * Seçim komissiyası müsabiqədə iştrak etmək üçün, hər nominasiyaya 10 əsər seçir. · Müsabiqə bölməsinin nominasiyaları: - Ən yaxşı audiovizual əsər – Qran Pri. - Ən yaxşı bədii film. - Ən yaxşı sənədli film. - Ən yaxşı cizgi film. - Ən yaxşı televiziya verlişi. - Ən yaxşı klip. - Ən yaxşı reklam. - Ən yaxşı tələbə işi. - Ən yaxşı kompyuter qrafikası. Professional prizlər: - Ən yaxşı rejissor. - Ən yaxşı ssenariçi. - Ən yaxşı operator. - Ən yaxşı rəssam. - Ən yaxşı bəstəkar. - Ən yaxşı aktyor. - Ən yaxşı aktrisa. - Ən yaxşı prodüser. - Ən yaxşı qrafik dizayner. İnformasion baxış bölməsində nümayiş olunan əsərlər: * müsabiqə keçməyən sənət baxımından maraq doğura biləcək əsərlər; * istehsal vaxtı 2001-ci ildən əvvəl olan əsərlər; * digər festivallarda mükafat almış əsərlər; * klassik nümunələr; Əsərlərin informasion baxış bölməsində nümayişə buraxılması seçim komissiyası tərəfindən müəyyən olunur. · Tələbələrin işləri bölməsi tam sərbəstdir və bu bölmənin yeganə şərti nümayiş olunan əsərin müəllifi tələbə olmalıdır. · Retrospektiv baxış bölməsi hər festivalda dünya klassiklərdən birinin yaradıcılığına həsr olunacaq, əsərlərinin nümayişi, həyat və yaradıcılığı haqqında mühazirələr oxunacaq. · Festivalın Beynəlxalq Münsiflər heyəti 7 nəfərdən ibarətdir və onlar tam müstəqildirlər. Münsiflər heyətinə onun Sədri rəhbərlik edir. · Münsiflər heyəti öz qərarlarına görə heç bir izahat vermir və heç bir iddia qəbul etmir. | |