| Ayaz Salayev: «Əsas mükafat qazanmaq deyil, festivalda iştirakdır» II Beynəlxalq Audiovizual festival açıldı. | ||
|
«Bizim əsr» 25.10.2002. - Oktyabrın 23-də daha bir festi-val işə başladı. Bu "Gənc peşəkar" adı altında keçirilən, bünövrəsi ötən il qoyulan və bu il beynəlxalq status alan audiovizual festivaldır. Açılış mərasimi paytaxtın mərkəzində deyil, Zuğulbada yerləşən ''Gənclik"istirahət və turizm mərkəzində keçirilsə də, auditoriya qıtlığı hiss olunmurdu. Burada rejissor, aktrisa və aktyorlarla yanaşı, müxtəlif peşə sahibləri və özünü kinoda sınamaq istəyən mane-kenlərimizi də görmək olardı. Au-diovizual əsərlərin gənc müəllifləri arasında keçirilən festival dinamikliyi və şən əhval-ruhiyyəsi ilə seçilirdi. Digər festivallardan fərqli olaraq, dəbdəbəli geyim və makiyajlı iştirakçılar əvəzinə burada sadə idman stilli gənclər biri-biri ilə mehriban ünsiyyət qururdular. |
| |
|
Səhər saat 10.00-dan başlayaraq, mərkəzin kino zalinda; informativ tanışlıq məqsədilə müsabiqədə iştirak edən 14 iş göstərildi. Ümumilikdə isə festivalın müsabiqə proqramında Latviyadan Andis Miziss, Viestus Kairiss və Layla Pakaliina, Rusiyadan Riqdena Vasilenko, İrina Sitkova;, Anna Tarasova Dmitri Barışev, Dmitri Fyodrov, Belarusdan Lyudmila Dubrovskaya, Maksim Subbotin, Gürcüstandan "Ma-estro" studiyası, Georqi Masxaraşvili, Dmitri Şokolaşvili, Nato Boboxidze, Niko Tariyelaşvili, Tamara Savqulidze, "Los" studiyası, Mariam Kandelaki, Özbəkistandan Kamola Mahbubova, Ukraynadan Maksim Surkov, Anna Korcenkova, Yu Cayka, Elik Tsarik, Boqdana Smirnova, Yuri Morozov, Valentin Vasyanovic, Vera Yakovenko, Turkiyədən Sedef Bayburtluoğlu, Azərbaycandan Gülmayə Həsənova,, Murad Muradov, Azər Bəkir, Şahin Zəkizadə, İlqar Nəcəf, Rövnəq Həsənzadə, Vüsalə Mirzəyeva, Xanlar Agayev, Fuad Dadaşov, Əli-İsa Cabbarov, Aytən Əliyeva, Elnaz Əbluç, Rəşad Mehdiyev, Səyavuş Hüseynli, Nəsimi Əliyev, Vasif Məmmədzadə, Həbibə Mirzəyeva, Aqil Quliyev, "Soltan prodakşn", Kənan Mahmudov, Hüseyn Dərya, Rubençik, "Lider-dizayn", Nonna Müzəffərova və Samir Fərzəlibəyov iştirak edirlər. İnformasiya proqramında isə Rusi-yadan Yuri Morozov, Azərbaycandan Nüranə Axundova, Günel Tağıyeva, Fidan Abbasova, Latviyadan Dase Riduze, Rita Pezavilka, Özbəkistandan -Maksud Oxunov, Belarusdan Yevgeni Svetko, Andrey Qolubev, Aleksandr Kananovic, Almaniyadan Stefan Toll, Gürcüstandan Georgi Xarebavanın işləri nümayiş olunurdu. Təqdim olunan əsərlərə baxişdan sonra açılış mərasimi keçirildi. Mərasimi festivalın prezidenti Ayaz Salayev açdı. Gənjlər, idman və turizm naziri Əbülfəs Qarayev və mədəniyyət naziri Polad Bülbüloğlu festival iştirakçılarını salamlayaraq onlara uğur dilədilər. Bundan sonra Azərbaycan Professional Recissorlar Gildiyasının prezidenti, kinorecissor Eldar Quliyev, festivalın direktoru, kinorecissor Jəmil Quliyev və münsiflər heyəti adından yazıçı Çingiz Abdullayev cıxış etdi. Yeri gəlmişkən, tanınmış yazıçının başçılıq etdiyi mün-siflər heyətinə Türkiyədən gəlmış rejis-sor, kinoşünas İngin Ayça, həmyerlilərimizdən prodüsser Azer Əliyev, kino-rejissor Ramiz Mirzəyev, qazaxstanlı kinorejissor və prodüsser Yelmuxan Bekmaxanov, rusiyalı yazıçı və ssenarist İqor Vinecenko, Ukrayna kinorejissorlar Gildiyasının prezidenti Boris Sovcenko, Tbilisi beynəxalq kinofestivalnın prezidenti Qaqo Çixaidze daxildir. Sonra festivalın keçən ilki qaliblərinin işləri nümayiş olundu. Açılış mərasimindən sonra festival iştirakçılarının təəssüratını öyrəndik. Amma əvvəlcə qələbə arzusunda; olanların böyük ümid bəslədikləri münsiflər heyətinin sədri Çingiz Abdullayeva yaxınlaşdiq: "Mən bundan öncə Polşada keçirilən festivalda münsiflər heyətinin üzvü kimi iştirak etmişəm. Amma heç vaxt sədr olmamışam. Belə bir məsuliyyətli işi ilk dəfədir ki, mənə etibar ediblər. Çalışacağam etimadı doğruldum. Bu gün biz təqdim olunan işlərdən bəzilərinə baxmışıq. Xoşuma gələni var, amma deməyəcəyəm. Mün-siflər heyətinin sədri kimi hələ heç nə deyə bilmərəm. İşlərin hamısına baxdıqdan sonra onların səviyyəsi mə-lum olacaq. Hesab edirəm ki, festival uğurla keçəcək". Nataliya Qamaley (Qazaxıstan): "Mən Almatı şəhərindən gəlmişəm. Festivala "Bank kaspian" reklam video-çarxı ilə qatılmışıq. Reklamın rejissoru Axan Satayevdir. Amma Axan işi ilə əlaqədar Bakiya gələ bilmədiyindən onu mən əvəz edirəm. Bir il bundan əvvəl bizdə - Qazaxıstanda da "ilin seçimi - "Qızıl yay" adlı fes-tival keçirilib. Və biz orada; birinci yer tutmuşuq. Bu festivaldan da yüksək yerlərdən birini gözləyirik. Ümumiy-yətlə isə mənim üçün burada; çox maraqlıdır. Müxtəlif ölkələrdən gələn iştirakçılarla ünsiyyətdə olmaq və təcrübə mübadiləsi etmək xoşdur. İstərdim ki, belə festivallar çox keçirilsin. Maksim Subbotin (Belarus): "Belə festivallar bizdə əsasən Rusiya və Ukrayna çərçivəsəndə keçir. İndi isə məkan bir az da genişlənib. Birinci dəfədir Azərbaycandayam. Festivala reklam çarxı və bir filmlə qatılmışam. Nə yaxşı ki, nominasiyalar kifayət qədərdir və özünü istədiyin tərəfdən göstərmək imkanı var. Reklam çarxı AİDS əleyhinə mövzuda çəkilib. Filmim isə ailə dəyərlərindən bəhs edən sosial-məişət dramıdır. Mövzu universal və hamı tərəfindən başa düşüləndir. Ona görə də ümid edirəm ki, hansısa nəticə əldə edəcəyəm. Azərbaycana həm də daha çox baxmağa və xalqı başa düşməyə, mühiti öyrənməyə gəlmişik. Təəssüflər olsun ki, bu vaxta qədər Azərbaycan filmləri ilə tanış olmağa imkanım olmayıb". Sedef Bayburtluoğlu (Türkiyə): "Birinci dəfədir ki, beynəlxalq festivalda işitrak edirəm. Bundan əvvəl Türkiyədə keçirilən festivalda olmuşam. Amma orada yarışma deyildi, sadəcə, baxiş keçirilirdi. Bura "Yazqı" sə nədli filmimlə gəlmişəm. Buranı çox bəyəndim" Yuri Morozov (Ukrayna): "Həqiqətən də sizin ölkənizə gəlməyə çox şadıq. Üç saatdır ki, təyyarədən düşmüşük və hələ də anlaya bilmirik ki, burada nə baş verir. Çünki müxtəlif ölkələrdən çoxlu adam toplaşıb. Am-ma bizə onlarla tanış olmaq, ünsiyyət yaratmaq çox xoşdur. Mən artıq açılışda baxdığım film-lərdən hiss etdim ki, bizim çox fərqimiz var. Dil fərqi ilə yanaşı məkan fərqi də özünü göstərir. Çəkilən filmlərdə kadrın uzunluğu da bizimkindən fərqlidir. Sizdə vaxt o qədər də intensiv deyil. Açılışda baxdığım işlər arasında bir klip xoşuma gəldi (Söhbət Fuad Əlişovun "Sən gedən gündən" klipindən gedir-T.B). Klipin kadrları və atmosferi çox gözəl idi. Orada zəngin detallar var idi. Mən onun müəllifini tanımıram. Amma tanış olmaq maraqlı olardı. Çalışajağam ki, film baxışlarına çox vaxt sərf edim. Festivala musiqili klip təqdim etmişəm. Bu "Tak-tak" qrupunun klipidir. Düzdür, rəqiblərim az deyil. Ona görə də bir az narahatam, görəsən, kiminlə yarışacağam? Amma festival prezidentinin "əsas mükafat qazanmaq de-yil, festivalda iştirakdır" sözləri xoşuma gəldi. Ona görə də mən özümə çoxlu dost tapmağa çalışacağam. Həmkarları-mın ideyasının nədən ibaret oldugunu başa düşməyə çalışacağam". Lyüdmila Dubrovskaya (Belarus): "Festivala "Nağıl" adlı tələbəlik işimlə qatılmışam. Bu, 10 dəqiqəlik bədii-komik bir filmdir. Təzəliklə çəkmişəm və onunla hansısa festivalda iştirak etməyə vaxt tapmamışam. Məğlubiy-yətdən qorxmuram, əksinə, ümid edirəm ki, qalib gələcəyik. Azərbaycanda hər şey xoşuma gə-lir". Nəsimi Əliyev (Azərbaycan): Festivala Lider televiziyasının "Lider dizayn xidməti"ndə çəkdiyim filmlə qatılmışam. Film italyan yazıçısı Tanino Queyronun "Zəngli saat" hekayəsi əsasında çəkilib və "İz" adlanır. Filmin çəkilişilə bağlı bəzi təfərrüatı acıqlamaq istərdim. Bilirdim ki, qarşıdan festival gəlir və iştirak etmək istəyirdim. Am-ma heç nə hazırlamamışdım. Mən ilk növbədə "Lider dizayn"ın rəhbəri Fuad Dadaşova minnətdaram. Çünki məhz o, məni bu ssenarini lentə almağa ruhlandırdı. Filmi 6 saat yarım ərzində çəkdim. Ətrafdakıların qənaətbəxş fikrini görəndən sonra filmi festivala təqdim etmək qərarına gəldim. Sonradan bildim ki, bədii film nominasiyası üzrə Azərbaycanı yalnız mən təmsil edirəm. Bilirsiniz, indi maliyyə problemləri üzündən bədii film çəkmək çətindir. Və məndə qalib gəlməkdən çox ünsiy-yət istəyi var. Çox istəyirəm ki, çəkdiyim işlə tamaşaçı arasında ünsiyyət yaransın. Eyni zamanda mən istəyirəm ki, yaradıcı qrupun çəkdiyi əziyyət heçə getməsin və "Lider" televiziyasına qalib kimi qayıdım. Amma gəlin tələsməyək. Bunu zaman göstərəcək, son sözü münsiflər heyəti deyəcək". Tünzalə Babayeva. | ||
+