| Azərbaycan kinosu. Rasim Ocaqov. | ||
|
"Azərbaycan International" Sentyabr 1993. Müsahibəni aparan Piruz Xanlı. Rasim Ocagov Azərbaycanin bu gunku film rejissorlannin ən cox tanınmışıdir. 0, keçmiş Sovet ittifaqinin fəal rejissorlanndan biri olmuş va Azərbaycanin məşhur film senaristi Rustam Ibrahimbəyovla yaxindan əməkdaşliq aparır. Bu musahibədə Rasim Ocagov öz peşəkarlıq hayati, Sovet sisteminda işləməyin çətinliklari və Azərbaycan kinosunun bu günkü şəraiti haqqinda danışmışdır. Ocaqov bu yaxinlarda Bakida öz xüsusi kino stodiasi olan "Ocaq" studiasında "Tahmina" adında bir film çəkmişdir. |
| |
|
Ocaqovla İbrahimbəyovun digər bir müştərək əsəri da yaranmaqdadir. Həmin əsar son vaxtlar xaricə; Turkiyəyə, Avropaya va Amerikaya muhacirət edən Azarbaycan ziyaliları faciali hayatı barədədir va yeni bir traqi-komediya sayılır. Rasim Muallim, ilk əvvəl öz tərcümeyi halınız barədə xahis edirəm bir az danişasiniz, və rejissorluğa necə başladıniz? Mən, Şəki şəhərinda anadan olmuşam. Şəkiliyəm. Şəki balaca olsa da gözal şəhərdi. Tam Azərbaycan səhəridi. Düzdü, Şəkililər öz Şəhərlərini tərifləyəndə bir az da üstünə qoyurlar... Amma dogrudan da gözal şəhərdi Şəki. Əslinda mən Şəkidə məktəbdə oxuyan vaxti həmişə geoloq olmaq istəmişəm. Çünki o vaxtlar Azərbaycanda neft məsələsi elaydi ki, bütün qazetlar, kinolar... hər yerda neft, neft...neftçilər qəhrəman kimi idilər. Amma günlərin bir günündə gəldilər Şəkiya kino çəkməyə. Mən heyran olmuşdum, kino həvəsinə düşdüm. Ondan sonra, özümə foto-aparat aldim, kinonu sevməyə, kino ilə maraqlanmaga başladım. Səkkizinci sinifdə oxuyurdum onda. Ona görə də 51-ci ildə Şəkidə məktəbi qurtaran kimi getdim Moskvaya, Kino Institutuna. Amma evda razi deyildilar; deyirdilər: "Nəyivə lazımdı; ARTİSTLİK? Özün əvvəlcə yaxşi fikirləşmişdin. Elə get Neft Institutuna". Ancaq mən artiq qərarımi vermisdim. İnstitutu başa çatdırıb gəldim Bakıya. İnstitutu təzə qurtaranlar ümumiyyətlə elə bilirlər ki, gəlib bütün dünyanı çevirəcəklər. Hələ qalsin ki Sakili da olasan! Mən də elə bilirdim ki, gəliram Azərbaycan kinosunda inqilab eliyəm. Amma uzun müddət kinooperator kimi işləyəndən sonra, hiss elədim ki, getdikca daha cox rejissorluga meylim artır. Çünki cəkdiyim filmlərdə, bəzi şeylar üstündə rejissorlarla razılaşmır-dim. Həmişə aramizda söhbət olurdu, o deyirdi: "Əşi, mən rejissoram, belə istəyirəm cəkəm. Mən Sənə nə deyirəm, sən elə də eləməlisan...". Məni bu qane eləmirdi. Odur ki, bir də təzədən Bakida Azərbaycan Teatr Institutunun Rejissorluq Fakultəsinə girdim. 65-ci ildə Rejissorluq Fakultəsini qurtardim. Amma mən qurtaranda film az çəkilirdi. Özü də o vaxtlar filmin biri 400-500 min idi. Bu da onda böyük pul sayılırdı. Sonra bir fursət əl verdi; bizdə bir film cakilirdi; "Qatir Məmməd" adinda, onun rejissoru Seyidzadə qabaqca məşhur "Meşədi İbad" filmini çəkmişdi. Amma "Qatir Məmməd" filmini hansi səbəbdənsə axira kimi çatdüra bilmədi. Amma filmə xeyli pul xarcləndiyi üçün işi yarımciq qoya bilməzdilər. Məni çağırdılar, dedilər ki, filmin büdcəsindən qalib yüz mini, iki ay da vaxtin var, götur bu filmi cək. Elə çək ki, Moskva da qəbul eləsin, ekranlara çixa bilsin. Mənim də ayrı əlacım yoxudu. Razılaşdım. Dogrudan da filmi ay yarıma cəkdim. Cox az xərclə başa çatdırdım. Tamaşaçılar da yaxşi qarşiladılar. Moskvada da bəyəndilər. Hər halda filmi yaxşi qəbul elədilər və ondan sonra başladılar mənə film verməyə. 0 vaxtdan bəri, mən Azərbaycanfilm kino studiasinda rejissor işləyirəm. 10 böyük kino filmi çəkmişəm. 4-5 qisa metrajlı filmim da var. Azərbaycan kinosunun səviyyəsini necə qiymətləndirirsiniz və keçmiş Sovet kinosunun daxilində Azərbaycan filminin yerini harada görürsünüz? Bilirsiz, Sovet kinosu çox böyük kino idi. Ona görə ki 15 respublika və hər respublikanın öz kinosu var idi. Ondan əlavə Rusiyanin özünün neça kino studiyaları var idi. Azərbaycan kinosu bunun yalnız bir kiçik hissəsiydi. Əlbəttə bir tərəfdən də Azərbaycan kinosu gəlib Gürcü kinosu səviyyəsinə çatmamışdı. Sovet kinosu deyəndə hamı elə Gürcü kinosunu, Rus kinosunu düşünürdü, Azərbaycan kinosunu yox. Mən deyə bilmərəm ki Azərbaycan kinosu o vaxtlar cox yuksək inkişaf etmişdi. Amma başqa respublikaların kino studiyaları ilə müqayisədə heç də onlardan geriya qalmirdi. Sizə belə bir fakt deyim; məsəl üçün Moskva, daha dogrusu "Mosfilm" kinostudiasi ildə 70 film çəkirdi. Biz isə Azərbaycanda ildə 4 film cəkirdik. Deməli, bizim on ildə çəkdiyimiz filmi, Moskva bir ildə çəkirdi. Indi götürsək ki, Moskvanin 60-70 filmindan və Azərbaycanin ildə 4 filmindan necəsinin səviyyəsi yaxşiydı, daha düzgün bir muqayisə olar. Onda deyə bilərəm ki Azərbaycan kinosu basqalarından yaxsi olmasa da , heç də dala qalmayib. Amma bizim filmləri xaricdə az tanıyirlar. Çünki bunların hamısını Moskva yollayirdi xaricdəki festivallara və heç Moskva özü da bizim kinomuzu yaxsi tanimirdi. Bəlkə də özümüz yaxşi təbliğ eləməmişik! Niyə Azərbaycanda "Meshədi Ibad" dan sonra, «Arsin Malalan"dan sonra ayri klassik filmlər cəkilməyib? Bu sözü deyə bilmazsiz. Birinci Arşın Malalani 45-ci ildə çəkmişdilər. Müharibə yenijə başa çatmışdı – Camaat da həvəs var idi. Dogrudur; 45-55-ci illər arasinda, yəni 10 ildə Azərbaycanda cəmisi iki-üç film çəkilmişdi. On ilin ərzində, 200 milyonluq SSRI-nin hamısında ancaq 10 dənə, 15 dənə film çəkilmişdi. Çünki film ustalanının hamısı müharibə dövründə dağılıb getmişdilər. Amma 50-ci illərin ikinci yarısinda, demak olar ki, Azərbaycan kinosu təzə-təzə özünə gəlməyə başladı. Muharibədən qayidan cavanlar yenidən Instituta daxil oldular va 60-cı illərdə dirçəlmə əmələ gəldi. Məncə siz 60-cı illərin filmləriylə az tanışsız, yoxsa belə deməzdiz. Cunki, bizdə 60-cı illərdə dogrudan da bir sira cox qiymətli, böyük əsərlər yarandi. Bəs, Rasim Müəllim, o filmlərdən xüsusiylə hansılarının adını cəkərdiniz? Məsələn "Bir məhəlləli iki oglan", "Uzaq sahillərdə", "Bir cənub səhərində", "Telefonçu qız" çoxdur bela yaxşi filmlər. Altmışıncı illər bir sözlə Azərbaycan kinosunun qızıl illəri idi. 0 mənada ki, coxlu cavan üz gətirdi bu sənətə. Ssenaristlərdən; İbrahimbəyov qardaslar, Anar, Yusif Səmədoglu, rejissorlardan; Eldar Quliyev, Arif Babayev, Həsən Seyidbəyli cox fəal işləyirdilər. Onlardan qabaq, Tofik Tagızadə gəlmişdı, Əjdər İbrahimov, Seyidzadə işləyirdi. Bunlar cox böyük güc idi. Dogrudan da biz cox ümüd bəsləyirdik ki, Azərbaycan kinosu inkişaf eləyəcək. İndi hökumət bizi yaddan cixardıb, deyir: "Bazar iqtisadiyyatidi. Sponsor tapın, özünüz çəkin, özünüz satın, özünüz də qazanin". Bilirsiz elə şey ancaq böyük ölkələrdə ola bilər (hələ mən Amerikanı demirəm, onun kinosu bütün dünya bazarını alıb). Amma məsələn Fransa dı, Rusiyyət di… Hansı ki, bazarı böyükdü, camaatı çoxdur. Yeddi milyonluq Respublikada, indiki qiymətlərlə, kino çəkib, gözləyək ki, o kino da öz pulunu çıxartsın… bu mümkün olan şey deyil. Ona görə də, əgər hökumət kinonu vacib saymasa, kino batacaq. Təssüflər olsun ki, indi Aərbaycanda iki ildir ki, film çəkilmir. Çün ki, hökumət pul vermir, xüsusi sərmayə qoyanda tapılmır. Çünki səmayədar bilir ki, pulu elə-belə versə, havaya buraxmaq olacaq; pulunu dala qaytara bilməyəcək. Hələ qazanmağını demirəm, qoyduğu pulunu da çıxara bilməyəcək. Ona görə də sponsorlar yaxına durmurlar. Bəs bizim kino necə olsun? Bizdə kino üzrə mindən artıq işçi işləyirdi. Bunlar hamısı yavaş-yavaş yetişmişdi. İndi də hamısı qaçır gedir. Əgər bizim hökumət indi ayılmasa, əgər bu gün bizə köməklik eləməsə, 5 ildən 10 ildən sonra bu təşkilatların hamısını yenidən qurmalı olacağıq. Ancaq iclaslarımızın nəticələrini yazıb, göndərib, mürəciət etmişik. Hökumət də söz verib ki, yardım etsin. İndi görək… | ||