Azərbaycan kinosunun ilk kadrları tapılıb Bakıya gətirildi.

«525-ci qazet» 03.05.2001.

Fransa kino arxivinin direktoru xanım Mişel Ober 1898-ci ildə Bakıda çəkilən ilk iki süjeti rejissorlar Hüseyn Mehdiyev və Ayaz Salayevə təqdim etdi.


   Xəbər verdiyimiz kimi Beynəlxalq Kino Arxivləri Federasiyası (FİAF) Baş Assambleyasının iclasında iştirak etmək üçün Dövlət Kino Fondunun rəhbəri Ayaz Salayev və artıq ləğv olunan Azərkinovideo İstehsalat Birliyinin Baş direktor müavini, Professional Kinorejissorlar Gildiyasının büro sədri Hüseyn Mehdiyev Mərakeşdə olublar. Bu barədə müxtəlif məsələlərlə yanaşı bir başlıca məram da vardı.
   Neçə vaxtdan bəri tapılmasıyla baqlı dünya kino arxivlərinə müraciətlər nəticə verəcəkmi, Bakıda çəkilən ilk kinokadrlar əldə olunacaqmı? A.Salayevlə H.Mehdiyev sırağagun vətənə dönüblər. Bu barədə daha ətraflı məlumat almaq uçun H.Mehdiyevlə görüşdük.

   - İstərdik ki, əsas məsələyə keçməzdən əvvəl oxucularımıza FİAF haqqında bir qədər məlumat verəsiniz. Yəni bu təşkilat nə vaxt yaranıb, əsas funksiyaları nədən ibarətdir?

   - FİAF təxminən 60 ilə yaxındir ki fəaliyyət göstərir. Təşkilatın daimi üzvü olan 80 ölkə var. Ondan əlavə assosiativ üzvlər də var ki, iclaslarda iştirak etsələr də, səs vermək hüquqları yoxdur. Bir də təşkilatın ilkin üzvləri var. Biz də ilkin üzvlərdən idik. Elə ölkələr də var ki, bir neça arxiv taşkilatı FİAF-ın üzvüdür. Məsələn, Amerikanın 4-5, Fransanın 4 arxiv taşkilatı bu qurumun üzvüdür. Arxivlər Federasiyası filmlərin qorunub saxlanılması texnologiyasını müəyyən standartlara uyğunlaşdırır və arxiv idarələri bir-birilərilə çox sıx əlaqədə olurlar. məsələn, bizimçun bunun ən böyük xeyri o oldu kn, kino tariximizlə bağlı ilk sujetlərimizi tapdıq. Bizdə saxlanılan bütün filmlərin siyahısı da FİAF-ın arxivindədir.

   - Azərbaycan FİAF-ın ilkin üzvülüynə nə vaxt qəbul olunub?

   - 1999-çu ilin axırında. Bu dəfə bizim burada ikinci iştirakımız idi. YUNESKO-nun Arxivlərə kömək proqramı çərçivəsində həmin təşkilatın Azərbaycandakı nümayəndəsi Ramiz Abutalıbovun köməkliyilə oranın nümayəndəsi Bakıda oldu və Film Fond haqqında ətraflı rəy yazdı. O, həm da FİAF-ın komissiya üzvüdür. Biz ona FİAF-a üzvlüklə baq-lı muraciət etdik. Uzun hazırlıqdan sonra FİAF-a ilkin üzv seçildik. Bu iki ildə dünya kino arxivinin inkişafı ilə bağlı bütün yenilikləri öyrənmişik.
   FİAF ildə bir dəfə təşkilatın üzvü olan muxtəlif ölkələrdə öz baş assambleyasını keçirir. Məsələn, keçən il Londonda olmuşdu, bu il Mərakeşin Rabat şəhərində oldu, gələn il Seulda, o biri il isə Argentinada keçiriləcək. Bu il Baş Assambleyanın 57-ci iclası idi. Orda Azərbaycanı mənimlə Film Fondun bədii və elmi rəhbəri Ayaz Salayev təmsil edirdik. Assambleyanın bu ilki iclası bizim üçün çox əhəmiyyətli idi. Çünki, birincisi, bu il bizim assambleyaya daimi üzvlüyə qəbulumuz közlənilirdi və bu, baş tutdu. İkincisi, keçən il Ayaz Salayev Londonda assambleyanın iclasında iştrak edəndə bizdə indiyə kimi çəkilən ilk sücetlərin axtarışı ilə bağlı bütün xarici arxivlərin nümayəndələrinə müraciət etmişdi. Bizim filmlərin xarici arxivlərdə olması ehtimalı ilə xaiş etmişdi ki, bu məsələyə baxsınlar. Biz ümid edirdik ki, bu, bir nəticə verəcək, verdi də. Üçüncüsü, bizim üçün vacib məsələ isə o idi ki, Döv-lət Film Fondunda onun beynəlxalq standartlara uyğunlaşdırılmasından ötəri yenidənqurma işləri aparılmalıdır. Bu il Nazirlər Kabineti həmin işlərin aparılması üçün layihə smeta sənədlərini hazırlamağa 200 milyon manat pul ayırıb. Ən vacib məqamlardan biri də o idi ki, həmin layihə smeta s=nədləri və ümumiyyətlə, Film Fondun yenidənqurma işlərini FİAF-ın texniki komissiyası öz nəzarətində saxlasın Yəni, nə dərəcədə bu, beynəlxalq standartlara uyğundur, Və layihəni elə yaradaq və yenidənqurmanı elə aparaq ki, 20-30 ili qabaqlayar. Baş assambleyanın iclası iki gün çəkdi, aprelin 20-29-na qədər isə simpoziumlar keçirildi. Simpoziumların da mövzusu çoxşaxəli və maraqlı idi. Kolonial film, yeni yaradılan film arxivləri, ümumiyyətlə, kinonun gələcəyi və filmlərin qorunubsaxlanılması texnolokğiyaları və digər maraqlı mövzularda məruzəler edildi. Bu məruzələri dinləmək bizim uçun çox vacib idi. Çunki bizə məlum olmayan maraqlı məlumatlar əldə edirdik.

   - Səfərqabağı demişdiniz ki, Ayaz müəllim simpoziumlarda bir neçə məruzə ilə çıxış edəcək, Konkret hansı mövzu ilə bağlı məruzə etdi?

   - Orda məruzəçi bir nəfər olur. Sonra həmin mövzular ətrafında muzakirələr gedir. Muzakirələrdə biz ikimiz də çox fəal iştirak etdik.

   - Konkret olaraq Azərbaycan kinosu ilə baqlı hansı mövzuları daha çox qabartdınız?

   - Bilirsiniz, burda söhbət kino filmlərin qorunubsaxlanılması texnoloğiyasından getdiyindən yaradıcılıq arxa plana keçir. Yeni videokasetlər, disklər yaranır, indi lazer sistemlər, rəqəmli sistemlər var. Bu inkişafda kino arxivləri hansı texnaloji proseslərə uyğunlaşmalıdır. Əsas məqsəd Kino arxivi sahəsindəki yenilikləri öyrənmək və öz ölkəmizdə tətbiq etməkdir. Çünki hər yerdə bu prosesler eynidir, ola bilsin ki, səviyyələr müxtəlifdir. Bizim bu proseslərdən kənarda qalmağımız düzgün deyil. Biz ora konkret hər hansı problemə qabartmağa yox, yenilikləri öyrənməyə getmişdik. Orda mubahisələr də olur. Məsələn, kimsə hesab edir ki, kino ancaq plyonkada çəkilməlidir və ancaq kino-teatrlarda göstərilməlidir. Kino arxivlərin əsas məqsədi həmin sistemi qoruyub saxlamaq va inkişaf elətdirməkdir. Deyirlər, bu texnoloji proses sivilizasiyanın inkişafı ilə baqlıdır ve təsvirin hansı daşıyıcılarda olması vacib deyil. Yəni ola bilər plyonkada da, videoda da olsun, diskdə də olsun. Məhz bu səmtdə gedirdi müzakirələr. Bunlar çox vacibdir.
    Çünki, kino arxivlər artıq öz fəaliyyətlərini gələcəyə istiqamət ləndirməlidir.
   - Keçək əsas məsələyə, yəni sizin FİAF'ın baş assambleyasının iclasındakı ən böyük nailiyyətinizə. Siz burada kino tariximizin ilk sujetlərini əldə etdiniz.
   - Bə1i, Fransanın Kino Arxivinin direktoru xanım Mişel Ober kino tariximizin ilk iki sujetini öz kino arxivlərindən tapıb bizə gətirmişdi.
   - Mümkünsə sujetlər haqqında bir qədər ətraflı məlumat verərdiniz,
   - Sujetlərin hər ikisi 1898-ci ildə çəkilib, Azərbaycan nef-ti ilə baqlı sujetlərdir. Biri "Bibi heybət neft mədənlərində yanğın", digəri isə "Balaxanı-Sabunçu neft mədənlərində neft fontanı" adlanır. Sujetlər hərəsi 17 metrədir. Təxminən hər sücet 35 saniyə çəkir. Bu sujetlərin tapılması bizim üçün çox sevindirici idi. Təsəvvür edin ki, bunlar Azərbaycanda çəkilən ilk süjetlərdir. Bu axtarışlar davam edəcək. Bizdə olmayan sücet və filmlərimizin siyahıları var. Bir də gördüz digər arxivlərdən onlar da tapıldı. yəni bu prosses davam edəcək. Ümumiyyətlə, Dövlət Film Fondunun fəaliyyəti Azərbaycan kinosunun inkişafı üçün böyük rol oynayır.
   - Bəs sujetlərin muəllifi kimdir? - Bizdə olan məlumatlara görə bu sujetləri Mişon çəkib. O, 25 il Bakıda fəaliyyət göstərib. Əsli ukraynalıdır, orda anadan olub. Bakıya gəlib uzun illər burda yaşayandan sonra yenidən Ukraynaya qayıdıb. Sənəti fotoqraf olub. Burda özünün şəxsi foto dərnəyi olub. Mişon eyni zamanda Fransanın foto akademiyasının üzvü olub. Kino ilk yarananda kinooperator, kinorejissor, kinossenarist yox idi. Bu sənətlə ancaq fotoqraflaf məşqul ola bilərdi. Və kinonun yaradıcıları olan Lümyer qardaşları onlarla müqavilə bağlayırdılar, aparatura ve-rirdilər ki, film çəksinlər. Təxmini güman edirik ki, onlar Mişonla da belə bir müqavilə bağlayıblar. Biz onun izinə duşəcəyik. Ola bilsin ki, onun başqa filmləri də var.

   - Sujetləri Fransa Kino Arxivindən hansısa şərtlərlə almısınız?

   - Sücetlər Dövlət Kino Fonduna müqavilə əsasında verilib. Müqaviləyə əsasən bizim bunlardn kommersiya məqsədilə iətifadə etmək ixtiyarımız yoxdur. Süjetlərdən ancaq informasiya və tədqiqat məqsədilə istifadə edə bilərik. Kommersiya məqsədilə istifadə üçün isə mütləq onlardan icazə almalıyıq.

   - Ümumiyyətlə, bizdə olmayan sücet və filmlərimizin sayı nə qədərdir?

   - Məsələn, "Arşın mal alan" filmi iki variantda çəkilib, Onlar yoxdur. “Neft və milyonlar səltənəti" bizdə yoxdur. Bunlar hamısı axtarılmalıdır. Otuzuncu illərə qədər elə filmlər var ki çəkilib, amma, nüsxələri əldə yoxdur.
   - Amma səfərqabağı biəzimlə söhbətinizdə demişdiniz ki, yalnız 1920-ci ilə qədər çəkilən və bizdə olmyan filmlərin axtarışı ilə də məşqul olacaqsınız. - Ona görə iyirminji illərə qədər deyirdim ki, o vaxta qədər çəkilən filmlər ehtimal var ki, xarici arxivlərdə ola bilsin. Amma sovet höküməti illərində çəkilən filmlərin xariji arxivlərdə olması ehtimalı çox azdır. Onları daxildə - yəni Ukraynada, Gürjüstanda, Rusiyada axtarmaq lazımdır.

   - Müraciətlər etmisiniz?

   - Jox, oralara müraciətlər olmayıb. Amma fikrimiz var. Birdəki, gərək gedib özümüz axtaraq.
   Çünki hansısa süjet ola bilsinki, orda başqa adda gedir. Ona görədə də arxivlərə gedib axtarmaq lazımdır. Dövlət Film Fondu bu işlə ciddi məşqul olacaq. Və mən yüz faiz əminəm ki,Azərbaycanda çəkilən həm filmlər,həm də süjetlərin hamısı əvvəl-axır tapılacaq.

   - İstər xaricdə, istərsə də keçmiş Sovet məkanı arxivlərində ola bilməsi ehtimal edilən film və süjetlərin təxmini sayı nə qədərdir?

   - Təxminən 10-15 süjet, bir o qədər də film yoxdur. Bəlkə də sayı daha çoxdur, axtarıb-tapmaq lazımdir.
   - Yeri gəlmişkən, Mərakeşlə Azərbaycan arasında kino sənətinə münasibətdə hansı fərqli və oxşar münasibətləriti sezdiniz? - Sözün düzü onların kinosu haqqında məlumatımız yox idi. Orda öz gözlərimizlə kinoya olan mynasibətin şahidi olduq. Onlar Mədəniyyət Nazirliyinin tərkibində Milli Kino Mərkəzi ayrıca sərbəst dövlət qurumu kimi fəaliyyət göstərir, Mərkəzin çox böyük binası və hər cür şeraiti var. Onlar dövlətin maliyyə hesabına ildə 12 bədii film çəkirlər. Şəxsi qurumlar isə 3-4 dəfə bundan çox film çəkirlər. Beynəlxalq aləmdə festivallara da çıxırlar. Yəni, bizdən fərqli olaraq onlarda kiəo sahəsinə dövlət tərəfindən böyük qayğı var. Bu,bizim üçün çox təəccüblü idi. Dövlət kinonun minimum inkişafına təminat verir və əməldə bunu nümayiş etdirir. Bizdə də dövlət hərdən pul ayırırdı, amma bu, çox cuzi idi və minimum tələbatı ödəmirdi. Bizdə kinostudiyanı beynəlxalq standartlara uyğunlaşdırmaq lazımdır. Bu sahədə biz onlardan geri qalırıq.

   - Siz yola düşən ərəfədə "Azərkinovideo" İstehsalat Birliyi ləğv olunaraq, Mədəniyyət Nazirliyinin tərkibinə verildi. Kino xadimlərinin əksəriyyəti bu fikirdədirlər ki, bu, Azərbaycan kinosunun məhvi deməkdir. Həmin qrumun rəhbərlərindən biri kimi siz nə fikirləşirsiniz?

- Bilirsiniz, struktur dəyişiklikləri dövlətin öz idarəetmə sistemini təkmilləşdirməsi və səmərəli qurması üçün aparılır. Burda ayrı-ayrı sahələrin problemləri yox, idarəçilik sisteminin səmərəliliyi və effektivliyi nəzərə alınır. Şəxsən mənim üçün kinonun hansı qurumun tərkibində olmasının bir mənası yoxdur. Əsas odur ki, kino sərbəst olsun və inkişaf etsin, Onun inkişafı isə dövlə-tin ona munasibətindən asılıdır, Mən hələ bilmirəm nə etmək istəyirlər, nə yaradacaqlar. Yalnız məlumatlanandan sonra deyə bilərəm ki, bu addım Azərbaycan kinosunu məhvə aparır, yoxsa dirçəlişə.

Günay Yelmarqızı.