| 2-ci Beynəlxalq Audiovizual Festivala yekun vuruldu Gələcək taleyi narahatlıq doğuran festivalın builki mükafatlarının çoxu əcnəbi sənətçilərə qismət oldu. | ||
|
“525”-ci qazet” 29.10.2002. II Beynalxalq Audiovizual Festival ötən həftənin son günü öz işini yekunlaşdırdı. Oktyabrın 27-də Zuğulbadakı "Gənclik" Beynəlxalq Turizm Mərkəzində keçirilən bağlanış mərasimində festivalın qaliblərininin adları açıqlandı. Bu dəfə ötən ildəkindən fərqli olaraq, beynəlxalq status qazanan festivala 10-a qədər ölkədən audiovizual əsərlər təqdim olunmuşdu. Keçən il yalnız Azərbaycanın gənc audiovizualçılarının işlərinin qiymətləndirildiyi festivala indi Türkiyə, Rusiya, Gürcüstan, Belorusiya, Latviya, Ukrayna və Özbəkistandan iştirakçıların |
| |
|
qatılması, coğrafiyanın genişlənməsi, təbii ki, tədbirin daha maraqlı alınmasına, proqramın zənginləşməsinə öz töhfəsini verdi.
"Audiovizual"ın əsas taşkilatçıları olan Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Gənclər, idman və Turizm Nazirliyi ilə yanaşı, festivala Mədəniyyət Nazirliyi və "Rast Produktion" şirkəti də təşkilati dəstək verdi. Xatırladaq ki, şərtlərə görə, festivalda 35 yaşına qədər olan rejissorların son bir ildə çəkilən ekran əsərləri nümayiş etdirilirdi. Festivalda yarışan 50 müəllifin audiovizual əsərlərini isə, başda sədr Çingiz Abdullayev olmaqla, 8 nəfərlik beynəlxalq tərkibli münsiflər heyəti qiymətləndirirdi. Builki "Audiovizual" həm də mükafatların bolluğuna görə yadda qaldı. Festivalda "ən yaxşı bədii film", "ən yaxşı sənədli film", "ən yaxşı televiziya verilişi", "ən yaxşı klip", "ən yaxşı reklam çarxı", "ən yaxşı komputer qrafikası" və "ən yaxşı tələbə işi" ilə yanaşı, həm də ən yaxşı rejissor, ssenariçi, prodüsserlər də mükafata layiq görüldülər. Ondan başqa, bir sıra təşkilatlar da öz xüsusi mükafatlarını festivalda bəyəndikləri işlərin müəlliflərinə təqdim et-dilər. Festivalın nəticələrində təəssüf doğuran əsas məqam, paxıllıq kimi çıxmasın, mükafatların çoxunun Azərbayjandan kənara aparılması oldu. 2-ji Beynəlxalq Audiovizual Festivalın "Qran-pri"si - "ən yaxşı audiovizual əsər" nominasiyası üzrə verilən baş mükafat "Divar" bədii filminə görə Gürcüstan rejissoru Georgi Masxaraşviliyə qismət oldu. Qeyd edək ki, ötən il "Qran-pri"ni hec kim ala bilməmişdi, münsiflər heyəti iştirakçılar arasında "Qizil pəri"yə layiq namizəd görməmişdi. Audiovizualın "ən yaxşı bədii film"i Baqdana Smirnovanın (Ukrayna) "Kağız-kuğuz qayğıları" bədii filmi seçildi. Teşkilatçılar bu nominasiyada mükafata Azərbaycandan heç bir namizədin olmadığını bildirsələr də, sonradan proqrama Nəsimi Əliyevin "İz" adlı 6 dəqiqəlik qısametrajlı filmi salınmışdı. "Ən yaxşı sənədli film" nominasiyasında Valentin Vasyanoviçin (Uk-rayna) "Qoca adamlar"ı mükafat aldı. "ən yaxşı klip" üçün mükafat isə Azərbaycanda qaldı. Bu nominasiyada bi-zimkilər xüsusilə seçilirdilər. Xanlar Agayev, Elnaz Əbluc və başqaları öz kliplərini müsabiqəyə təqdim etsələr də, mükafatı "Tut ağacı" klipinə görə Aqil M.Quliyev qazandı. "Ən yaxşı müəllif verilişi" nominasiyasında mükafatı Dmitri Barışov Rusiyaya apardı. Qeyd edək ki, bu nominasiyada Azəbaycan Dövlət Televiziyasının əməkdaşı Vüsalə Mirzəyevanın "Həmişə toyda", Səyavuş Hüseynlinin (SOY te-lekompaniyası) "Zarafatyana" verilişləri də vardı. "Ən yaxşı tələbə işi"nə görə müka-fatı ukraynalı sənətçi Yakovenko özünün "Yatmış gözəl" əsəri ilə nominasiyada iştirak edən üç azərbaycanlı tələbənin əlindən aldı. "Ən yaxşı kompüter qrafikası"nda Azərbaycanın "Soltan produktion" şirkəti üstün gəldi. Festiva-lın "ən yaxşı rejissor"u "Eynək" filminə görə İrina Sitkova (Rusiya), "ən yaxşı operator"u İqor İlkov ( Rusiya), "ən yaxşı prodüsser'''i Nonna Muzəffərova (Azərbaycan), "ən yaxşı dizayner"i Fuad Dadaşov (Azərbaycan), "ən yaxşı ssenariçi"si David Şokalaşvili (Gürcüstan) seçildi. Gənjlər, idman və Turizm Nazirliyinin xüsusi mükafatlarını rejissor Kamola Mahbubova (Özbəkistan), Axan Satayev (Qazaxıstan), Maryam Kandelaki (Gürcüstan) aldılar. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin təsis etdiyi mükafatlar türkiyəli tələbə Sedef Bayburtluogluna və Universitetin öz tələbəsi Həbibə Mirzəyevaya verildi. Yazıçılar Birliyi isə Dovlət Televiziyasının əməkdaşı, "Duz gölü" sənədli filminin rejissoru Vasif Məmmədzadəni mükafatlandırdı. Kinema-toqrafçılar Ittifaqının mükafatına kompüter qrafikası nominasiyasında yarışan Samir Fərzəlibəyov layiq görüldü. "Audiovizual"ın gələn il keçirilib-kecirilməyəcəyi hələlik məlum deyil, festivalın taleyi sual altındadır. Hər halda, "Audiovizualın" direktoru Cəmil Quliyev bu barədə inamlı danışmadı: "Maliyyə imkanlarımız yol versə, fes-tival mütləq keçiriləcək. Bu il də məhz maliyyə imkanlarımızın kasad olması bizə geniş əl-qol açmağa imkan verməyib. Festivala qatılan ölkələrin, qonaqların sayi daha çox ola bilərdi. Amma lazımi imkan olmadığından onları Bakıya dəvət edə bilmədik" Cəmil Quliyev festivalın yaradıcı gəncliyi əhatə etmək baximından çox əhəmiyyətli olduğunu də davam etdirilməsinin vacibliyini vurğuladı: "Bu tipli festival MDB ölkələrindən yalnız Azərbaycanda və Ukraynada təşkil olunur. Rusiyada əvvəllər keçirilsə də, maddi imkan olmadığından sonradan fəaliyyəti dayandırılıb. Avropada gənclər üçün belə festival yalnız Almaniyada keçirilir. Bizim "Audiovizual"ın müntəzəm keçirilməsi həm bu festivalın faydalılığı, həm də unikallığı baxımından böyük əhəmiyyət daşıyır". VƏFA. | ||
+