«Filmlərin yarımçıq qalması məndən ötrü çox böyük dərddir»

«525-ci qəzet» may 2001.

    Bu dünyada çox şey yarımçıq qala bilər. Arzular da, görülən işlərdə, lap elə həyatın özüdə. İnsanların gerçəklişdirmək istədikləri fikirlər hərdən müxtəlif səbəblər ujbatından tamamlanmır. Bütün insanların yarımçıq qalmış arzu və istəklərini işıqlandırmaq imkanımız. Təbii ki, yoxdur. Amma yaradıjı şəxslərin qalan işlərini, ideyalarını işıqlandırmaq arzusundayıq və buna müəyyən qədər imkan var. Ümid edirik ki, bununla yaradıjılarımızın yaralarını qopartmayajağıq Bu yöndə ilk söhbətimiz kinorecissor Jəmil Quliyevlədir. J.Quliyev 1984 ildə Moskvada Ümumittifaq Kinomatoqrafiya İnstitunu bitirib.SSRİ xalq artistləri, məşhur recissorlar Aleksndr Alovun və Vladimir Naumovun emalatxanasında tçhsil alıb.
    İnstitutu bitirdiyi ildən «Azərbaycanfilm» Kinostudiyasında quruluşçu rejissor kimi fəalliyyətə başlayıb. İlk işləri «Marş», «Balıq gölü», «Yağışlı bayram günü», qısa metrajlı filmləri olub. «Cansıxıcı əhvalat» adlı ilk tammetrajlı filmini isə 1987-ci ildə çəkilib. 1991-ci ildə «Sonuncu məhəbbət» adlı musiqili komediya filmini, 1993-cü ildən isə ardıjıl olaraq «Yol», «Qala», mərhum musqiçi Rafiq Babayeva həsr etdiyi «Kədərimiz vüqarımızdır», «Heykəl taraş Ömər Eldarov», «Akademik İzzət Orucov», «Azərbaycan veteranları», sənədli filmlərini lentə alıb.
    İxtisasca bədii kinorejissoru ola-ola, sənədli kino canrın müraciət etməsi heç də səbəbsiz deyil. Maraqlıdırki, bunun əsas səbəbi maliyyə ilə bağlı olub. SSRİ dağıldıqdan sonra Kinostudiya pis vəziyyətə düşüb mə və xeyli müddət bədii film çəkməyə maddi vəsait olmayıb. Öz sənətindən, peşəsindən uzaqlaşmaq istəməyən C.Quliyev çıxış yolu kimi sənədli kinoya və sənədli kinoda isə məhz portret canrına müraciət edib. Rejissorun fikrinjə, portret canrı, müəyyən bir şəxsiyyət haqqında sənədli film çəkmək, hardasa,bədii kinoya yaxınlaşmaqdır.
    Ümumiyyətlə, 3 qısametraclı, iki tammetraclı bədii filmin, 12 sənədli filmin, «Mozalan» satirik kinojurnalı üçün 20-yə yaxın bədii və sənədli süceti müəllifi olan C.Quliyevin müəyyən səbəblərdən 4 filmi yarımçıq qalıb.Rejissorun ilk yarımçıq qalan filmi «Söyüdlərin sarı işığı» olub. 1990-ci ildə C.Quliyev dövlət sifarişi ilə yazıçı Əkrəm Əylislinin eyni adlı əsəri əsasında film çəkməyə babaşlayıb. Aktyorlar seçilib, dekorasiyalar qurulub, geyimlər tikilib, hətta bir müddət çəkiliş də aparılıb. Ançaq Sovet rejiminin dağılması ilə əlaqədar, film yarımıçıq qalıb.
    Operatoru Rafiq Quliyev olan, baş rolları Fuad Poladof və Tamella Əhmədovaya həvalə edilən filmə o zaman dövlət tərəfindən 200 min rubl pul ayrılıbmış.Rejissorun dediyinə görə, «Söyüdlərin sarı işığı» na artıq 50 min rubl xərclənibmiş. C.Quliyev bu filmin çəkilişini sonralar davam etdirməym çalışsada, sponsor tapılmadığından cəhdləri nəticəsiz qalıb. «İndi isə həmin filmi tamamlamaq çox çətindir. Əvvəla, yenə sponsor problemi var. İkincisidə, filmdə mühüm rolların ifaçıları olan aktyorlar - Kamil Məhərrəmov və Dadaş Kazımov artıq vəfat ediblər».
    Recissorun ikinji tamamlanmamış filmi «Tanıtım» studiyasında çəkilişinə başlanılan sənədli filmdir.
    «HƏSƏN BƏY ZƏRDABİ» adlanan bu tammetrajlı sənədli film Azərbaycan mətbuatının banisinin həyat və yaradıcılığına həsr olunub. Rejissor filmin çəkilişinə 1992-ci ildə başlayıb. O zaman filmin çəkilişlərinə Zərdab Rəyon İcra Hakimiyyəti sponsorluq edib. İlkin çəkilişlər üçün Kinostudiyaya 40 min rubl pul köçürülüb. Ancaq sonra İcra Hakimiyyəti sponsorluğu davam etdirməyib. Və beləliklə də, 70 faizdən çox hissəsi çəkilən bu film də yarımçıq qalıb.
    H.B.Zərdabinin 150 illiyilə bağlı filmi tamamlamağa dəfələrlə cəhd göstərən, sponsor axtarışına çıxan rejissorun zəhməti heç bir nəticə verməyib. «Filmin çəkilmiş hissəsində Moskva Dövlət arxivindən, Nalçik şəhərindəki arxivdən əldə edilən qiymətli materiallardan istifadə olunub. Məsələn, filmdə H.B.Zərdabinin indi xaricdə yaşayan nəvəsinin çıxışı var. Zərdabi ilə bağlı elə nadir kadrlar çəkmişik ki, onları indi çəkmək mümkün deyil». Qeyd edək ki, bu yarımçıq filmin ssenarisi jurnalist Səttar Zərdablı yazıb.
    C.Quliyevin 1993-94-cu illərdə öz ssenarisi üzrə çəkməyə başladığı «Bakı» sənədli filminin də çəkilişi tamallanmayıb. Filmin müəyyən hissəsi İngiltərədə yaşayan imkanlı bir həmvətənimizin vəsaiti hesabına çəkilib. Amma onun ayırdığı maliyyə vəsaiti yetmədiyindən fiml yarımçıq qalıb. Müəllifin sözlərinə görə, bu film Bakı haqqında çəkilən digər çoxsaylı filmlərdən tamam fərqli olacaqmış. Filmdə Bakının tarixi, tarixi abidələri ilə bağlı maraqlı arxiv materiallarından istifadə olunub.
    Yazıçı-kinorejissor Həsən Seyidbəyliyə həsr olunan «HƏSƏN SEYİDBƏYLİ» adlı sənədli filmin də bəxti gətirməyib. 2000-ci ilin avqustunda dövlət sifarişilə Azərkinovideo istehsalat birliyində çəkilişlərinə başlanılan filmin ssenari müəllifi Ayaz Salayev və C.Quliyev, operatoru isə Nadir Mehdiyev olub. Azərkinovideo bu yaxınlarda ləğv olunduğundan çəkilişlər dayanıb. Rejissor filmi H. Seyidbəylinin qarşıdan gələn yubileyinə həsr etmək fikrində imiş.
    Yarımçıq qalan filimlərinin taleyi rejissoru çox duşundürür. C.Quliyevin zənnində rejissorun çəkdiyi film ona doğma övlad kimidir. Çünki, rejissor öz filminə də həyatının müəyyən hissəsini, enerjisini və böyük zəhmət sərf edir. «Filimlərimin yarımçıq qalması, hər bir rejissor kimi, mənim üçün mənəvi sarsıntıdır. Əmək sərf etdiyim filmlərin belə yarımçıq qalması məndən ötrü böyük dərddir».
    Göründüyü kimi filmlərin yarımçıq qalmasının başlıja səbəbi maliyyə çatışmazlığı, sponsorların olmamasıdər.Rejissorun dediyinə görə, böyük hissəsi çəkilən «Həsən Bəy Zərdabi» filminin tamamlanması üçün təxminən 40 milyon, «Bakı» filminin başa çatdırılmasına 70 milyon, «Həsən Seyidbəyli» filminin yekunlaşdırılmasından ötrü isə 60 miluon manata yaxın pul lazımdır. «Söyüdlərin sarı işığı» filmi isə bütünlüklə yenidən çəkilməlidir və bunun üçün, ən azı 100 min dollar tələb olunur. Rejissor yarımçıq filimlərini başa çatdırmaq üçün daima sponsor axtarışındadır. Hətta bundan ötrü bir neçə xarici humanitar təşkilatlara da müraciyət edib. Amma hələ ki ortada real bir nəticə yoxdur.
    Ümid edirik ki, tezliklə rejissorun filmlərinin üstündən «yarımçıqlıq» damğası götürüləcək.

Günay Yelmarqızı
+