Kanallar Azərbaycan filmlərinin 25%-dən istifadə edir

Rejissorlar Gildiyası Bürosunun Sədri yerli kanalların müəllif hüquqlarına riayət etdiklərini söyləyir.

ŤAynať qəzeti 24.01.2003.
A.Akifqızı.


    Artiq yerli TV kanalları "Azərbaycanfilm"in istehsalı olan filmləri nümayiş etdirərkən istehsalçılarla müqavilə imzalayır. Rejissorlar Gildiyası bürosunun sədri Hüseyn Mehdiyev bunu müəllif huquqlarını qorumaq, kino əsərlərindən qanuni yolla istifadəni təmin etmək yönündə böyük nailiyyət sayır.
    - Gildiya istifadəçi ilə istehsalçı arasında vasitəçidir. Biz qanuna uygun qaydada müqavilələr hazırlayır, tərəflər
arasinda münasibətləri nizamlayırıq. Qonorar istehsalçıya verilir, o da öz növbəsində həmin vəsaitin müəyyən faizini müəlliflər arasında bölür. İstehsalççı deyəndə "Azərbaycanfilm" kinostudiyasını nəzərdə tuturam. Xatirladim ki, müəlliflər öz hüqüqlarını gildiyaya kollektiv idarəçiliyə veriblər. Gildiya istehsalçı ilə müəllif arasinda muqavilələrin baglanmasinda da iştirak edir. Bu, çox vacib amildir. Çünki müəllifin gələcəkdə yaradacağı əsərlə baglı hüquqlarının qorunması müqavilənin tərtibatından asılıdır. Yəni imzaladığı müqavilə onun hüquqlarının qorunmasını tənzimləyə və ya maneçilik yarada bilər.
    Müqavilələr hazırlanarkən Fransa və Rusiyanın təcrübəsinə əsaslanırıq. Sevindirici haldır ki, istehsalçılar müəltifin statusunu başa düşürlər. Axı sovet dövründə müqaviləni imzalayan müəllifin heç bir hüququ olmurdu. Indi məlum olub ki, müəllifin hüququ istehsalçı ilə eyni dərəcədədir. Şəxs və ya dövlət filmə maddi mülkiyyətini, müəllif isə intellektual mülkiyyətini sərf edir. Bu səbəbdən istehsalçı ilə müəllifin hüququ bərabərdir.

    - Nəçə müəllifin hüququnu qoruyursunuz?

    - Gildiyanin 150-yə yaxin üzvü var. Mindən artiq audiovizual əsər hüquqlarını gildiya təmsil edir. Bəlli olduğu kimi, bir filmin beş müəllifi var: rejissor, operator, ssenarist, bəstəkar və rəssam. Əgər yalnız rejissor hüquqlarını təmsil etməyi bildirsə də, biz bütün müəlliflərin qonorarını onlara çatdırırıq. Yəni hansısa müəllif müəyyən səbəblərdən bizə hü-quqlarını təmsil etməyi həvalə etməsə də, biz onun da hü-quqlarını qorumalıyıq, çünki kinostudiya ilə müəllif hüquqları sahəsində əməkdaşlıq müqaviləmiz var. Bütün dünyada bu işlə dövlət deyil, müəllif özüü məşqul olur.

    - Gildiya təzə fəaliyyətə başlayanda kanalların müəllif hüquqlarını pozması hallarına rast gəlirdik. İki il ötdü. İstədiyinizə nail ola bildiniz?

    - Biz işə başlayanda belə problemlərlə rastlaşacağımızı bilirdik. Axı insanlann sovet psixologiyasindan dönməsi, normal iqtisadi münasibətlərin yaranması üçün vaxta ehtiyacları vardı. Böyük irəliləyişlər var. İşə başlayanda heç bir kanal filmin istifadəsinə görə istehsalçı və müəlliflərə qonarar vermirdi. Bu gün isə telekanallar audiovizual əsərlərin istifadəsi zamanı istehsalçı ilə müqavilə imzalayir. TV kanal-ların müəllif hüquqlarına 90% riayət etdiklərini söyləyə bilərəm. Bu bizim nailiyyətimizdir.
    Amma indi bizi digər bir məsələ narahat edir. Gildiya 2001-ci ildə yerli kanalların Azərbaycan filmlərindən istifadəsi ilə bağlı araşdırma aparıb. Nəticələrlə tanış olun:
    AzTV-nin ümumi efir vaxtinin 19%-ni, "Space"-in 38%-nı, "Lider"-in 26%-nı, ANS-in 33%-nı, ATV-nin 60%-nı film nümayişi təşkil edir. Dövlət kanalı Azərbaycan filmlərindən 52,5%, "Space" 11 %, "Lider" 6,5%, ANS 7%, ATV isə 0% isitifadə edib. Kanallarımız Azərbaycan filmlərinin ancaq 25%-dən istifadə edir. Beləliklə, bedii filmlərin 40%-ı, cizgi filmlərinin 30%-ı, sənədli filmlərin 5%-ı istifadə edilir. Telefilmlərdən istifadə isə yox dərəcəsindədir. Bəzən səbəb ki-mi bu filmlərin rus dilində olması göstərilə bilər. Bəs onda necə olur ki, əcnəbi filmləri rus dilində nümayiş etdirirlər? Bu bizləri narahat edən problemdir. Müəlliflərin əsərləri nümayiş edilməlidir. Hər bir sənətkar əsərlərinin nümayiş edilməsini istəyir. Çünki əsər baxildiqca yaşayır.

    - Filmlərin ancaq 25%-dən istifadə edilməsinin səbəbləri nədir?

    - Məsələ ondadir ki, həmin filmlərin böyük əksəriyyətinin nüsxəsi yoxdur. Yəni kanallardan hansisa bu filmi almaq istəsə, nüsxənin çixarılma problemi yaranir. Nüsxənin sürətinin çixarılmasi ona görə problemə çevrilib ki, vəsait yoxdur. Axı fllmin istifadəsi üçün verilən qonorar da çox simvolikdir. Elə "Arşın mal alan"da belə vəziyyət yaranmışdı. 1995-ci ilə qədər Azərbaycan televiziyasında sözügeden film dogma dilimizdə göstərilmirdi. Çünki Sovet dövründə lentə alinan filmlərin təsviri Rusiya Dövlət Film Fonduna göndərilirdi. Orada filmlər rus dilinə dublyaj edilərək fondda saxlanilirdi. Azərbaycan dilindəki fonoqramı Bakıda qalırdı. Faktik elə vəziyyət yaranib ki, əksər filmlərin orijinalları iki yerə bölünüb: yəni təsviri Moskvada, fonoqramı isə Bakıdadır. Sovet dövründə buna heç kim fikir vermirdi. Heç fikirləşmirdik ki, nə vaxtsa Azərbaycan müstəqil olacaq.
    1995-ci ildə filmlərin vəziyyəti ilə maraqlandım. Milli Film fondunun yaradılmasının təşəbbüskarı oldum. Hansı filmləri tapdiqsa ora topladiq. Fonoqramlar bərbad vəziyyətdə idi. Onlar bərpa edilməli idi. Əksar filmlərin dilimizdə olan nüsxələri, o cümlədən "Arşın mal alan"ın nüsxəsi yox idi, üç il axtarışdan sonra bir nüsxəsini tapib surətini çixardiq, Kimlarisə ittiham etmək doğru deyil. Çünki bu sovet dövrünün yaratdığı faciədir. Nə qalibsa tez bir zamanda barpa etmək lazımdır. Bildiyimə görə, filmlərin 25%-nin orijinalı, səs neqativləri yoxdur və ya yararsız haldadır.
    - Deyirsiniz ki, yerli telekanallar əcnəbi filmlərin nümayişinə üstünlük verir. Axı kanallar filmin nümayişi üçün onlara qonorar ödəmir. Azərbaycan filmlərinin arxasinda isə Rejissorlar Gildiyasi dayanir...
    - Ola bilər. Amma bu o demək deyil ki biz öz məqsədimizdən dönək. Bəlkə Amerika öz filmlərinin nümayişinə ona görə göz yumur ki, bu tilmlər vasitəsilə öz həyat tərzini, mə-nəviyyatinı bizə "yedizdirir". Bu,siyasətdir. Ümumiyyətlə, mən telekanalların müəllif hüquqlarına əməl etmədiyini ambisiya ilə bağlayıram - çünki qanunları əla bilirlər, pullanrı da var. Öz inkişafına, müasir avadanliqların alınmasına böyük pullar xərclədikləri halda, müəllifin haqqını vermeyə qəpik-quruşları olmadığına inanmıram. ORT bizim filmlərin nümayişinə görə 4 - 5 min dollar pul ödəyir.

    - Telekanallar bir filmin nümayişi üçün nə qədər pul odəyir?

    - Burada tərəflər arasındakı raziliqdan cox şey asılıdır. Yeni standart qiymətlər mövcud deyil. Yalniz onu deyə bilərəm ki, yerli kanalların filmlərin istifadəsi ilə bağlı müəlliflərə verdiyi qonorar çox simvolikdir. Biz bununla ona görə razilaşırıq ki, kanallar yenicə formalaşır. Nümayiş üçün qiymətlər aşağı olsa da, telekanallar filmlərimizdən az istifadə edir. əgər yüksək qonorar tələb edilsəydi, Azərbaycan filmləri, ümumiyyətlə, nümayiş edilməzdi.
    Onu da deyim ki, müəlliflər filmlərin istifadəsinə görə qo-norar verildiyini eşidəndə inana bilmirlər. Bu gün qonorar simvolikdir, lakin zaman keçdikca varisləri də onların əsərlərindən bəhrələnəcəklər. Doğrudur, bu pulla kapital yığmaq olmaz, amma müəllifin əsərinin maddi dəyərinin bilinməsi çox vacibdir. Qiyməti olmayan əsərin mənası da itir. Hər bir əsərin dəyəri olmalıdır.

    - Qonşu dövlətlərin TV-ləri filmlərimizlə maraqlanır?

    - Rusiyanin bəzi kanalları Azərbaycan filmlərini nümayiş etdirir. Doğrudur, həmişə müəllif hüquqlarını qorumurlar. Məsafənin uzaq olması münasibətlarin qurulmasına da öz təsirini göstərir. 1997-ci ildə isə Almaniya kanallarından biri "Bakının işiqları" filminin bir illik hüququnu 20 min ABŞ dollarına almışdır. Eyni zamanda, Moskvada filmin nüsxəsinin çixarılması üçün vəsait ayırmışdı.

    - Kanallar müəllif hüquqlarına necə riayət edir?

    - Çox stabil və qanunlara riayət edən AzTV və ANS-dir. Bu iki kanalla heç bir problemimiz olmayıb. Xatirlatmaq istəyirəm ki, müəllif hüquqlarının qorunması deyəndə söhbət yalnız filmlərin istifadəsinə görə qonorar ödənilməsindən getmir. Əsərlərdən fraqmentlər göstərirlərsə, filmdən musiqi səsləndirilirsə, müəllifin adı qeyd edilmişdir. ATV kanalından ona görə raziyiq ki, müəllif hüquqlarını pozmur. Yəni müqavilə bağlamadığı üçün Azərbaycan filmlərini nümayiş etdirmir. Bu, kanal üçün yaxşı göstərici olmasa da, heç olmasa hüquqları pozmur.
    - Gildiya əcnəbi müalliflərin hüquqlarını da müdafiə edə bilər?

    - Əlbattə. Biz bunu çoxdan edə bilərdik. Bir misal var:
    "Özünə umac ova bilmir, başqasına ərişdə kəsir". Biz qərar vermişdik ki, öncə daxildə olan problemləri həll edək. Yerli müəlliflərin hüquqlarını qorumagı bacaraq, sonra digərlərinə kömək edək. Qayda-qanun yaratdıqdan sonra əcnəbilərin hüquqlarını da müdafiə edəcəyik. Bu yaxinlarda Ukrayna ilə niyyət protokolu imzalamaga hazirlaşirıq. Onlar ölkələrində Azərbaycan müəlliflərinin əsərlərinin qorunmasina, biz də burada Ukrayna müəllirflərinin əsərlərinin qorunmasına nəzarət edəcəyik. Hazirda münasibətlərin mexanizmi dəqiqləşdirilir. Eyni zamanda, GürcüstanIa da əlaqələr qururuq.
+