| «Məqsəd rejissorun statusunu müəyyənləşdirmək idi» Kinoşunas Ayaz Salayev kinorejissor qurumlarinin Kanadada keçirilən forumundan qayidib. | ||
|
«Bizim əsr» qəzeti 5 iyul 2002-ci il. Bu günlərdə Kanadunin Monreal səhərində ilk dəfə olaraq, kinorejissor təşkilatlarının umumi Forumu keçirilib. Foruma Azərbaycan, Amerika, Almaniya, Avstraliya, Avstriya, Belçika, Braziliya, Kanada, Çili, Kolumbiya, Cənubu Koreya, Danimarka, Estoniya, Fransa, Böyük Britaniya, Hindistan, İrlandiya, Mali, Mərakeş, Meksika, Norveç, Yeni Zenlandiya, Niderland, Polşa, Seneqal, İsveç ölkələrində fəaliyyət göstərən rejissorların təşkilatlarından nümayəndələr qatılığlar Müsahibim Azərbaycan Professional Kinorejissorlar Gildiyasını forumda təmsil edən rejissor, kinoşunas Ayaz Salayevdir. Səfər təəsüratlarını bölüşən rejissor ilk növbədə forumun məqsədinə toxundu. |
| |
|
- Forumun əsas məqsədi dünyada fəaliyyət göstərən kinorecissor təşkilatlarını bir araya yığmaq və rejissorun müasir mədəniyyətdə, eləcədə, müasir kinoda statusunu müəyyənləşdirməkdir. Mətləbə keçməmişdən əvvəl forumda təmsil etdiyim qurum barədə fikirlərimi bölüşmək istəyirəm. Əvvəla onu deyim ki, Azərbaycanda kinorejissorlar Gildiyasının yaranmasını zaman özü ş&. 01;rtləndirib. Bilirsiniz ki, yaxın zamanlara qədər, daha dəqiq desək, sovet məkanında rejissorun statusu müəyyən deyildi. Halbuki istəlinən film ilk növbədə sənət əsəridir. Sənət əsərinin isə, təbii ki, müəllifi olur. Bu müəllifsə şəksiz-şübhəsiz recissordur. Sovetlər məkanında isə kino kollektiv sənət əsəri kimi təqdim olunurdu. Bəzən isə filmin müəllifi kimi ssenari müəllifi fərqləndirilirdi. Çünki audiovizual mədəniyyət yüksək inkişaf eləməmişdi. Kinoya ilk növbədə bir əhvəlat kimi yanaşırdılar. Təəssüf ki, geniş tamaşaçı auditoriyası hələ də ekran əsərlərinə bu meyyarla yanaşır. Hətta filmlə tereserial arasında heç bir fərq görmürlər. Çünki onlar üçün əsas motiv filmdə baş verən hadisələrdir. Bir sözlə, kinonun ilk növbədə təsvir olduğunu, hər bir filmin dünyanın bəşəriyyçətin digər sənət əsçərlərindən daha dəqiq modelini özündə təjəssüm etdirdiyini unudurlar. Azərbaycanda rejissorlar Gildiyasının yaranmasını, əsasən, bunlar şərtləndirmişdir. Üstəlik, Azərbaycan Kinorejissorlar Gildiyası Beynəlxalq əlaqələrini yaxşı qurub. Müqayisə üçün deyim ki. keçmiş SSRİ məkanına aid olan bir çox ölkələrdə Kinorejissorlar Gildiyası, ümumiyyətlə, yaradılmayıb. Halbuki, gedən proseslər göstərir ki, rejissorların müəlliflik, sosial və s. hüquqlarını qoruyan təşkilatlara böyük ehtiyac var. Bir çox ölkələrdə bu ehtiyacın fərqinə varmasalar da, Azərbaycan rejissorları bu sahədə ilk addım atanlar sırasındadır. Foruma gəlincə isə, ilk növbədə, mənim üçün aydınlaşan məqamların üzərində dayanmaq istəyirəm. Son zamanlara qədər elə bilirdim ki, yuxarıda bəhs etdiyim problem yalnız sovet kinematoqrafiyasına xas olub. Forunda məlum oldu ki, bu problem dünyanın əksər yerlərində mövcut imiş. Rejissor yaradıcılığına, kino sənətində rejissor statusuna ən geridə qalmış münasibəti isə dünyada iki ölkə göstərir. Ən maraqlısı isə budur ki, bu ölkələr hər baxımdan, tamamilə əks qütblərdə dayanıblar. Bu ölkələr arasında hansı sahə üzrə paaralellər axtarsaq yalnız ziddiyyətlə qarşılaşarıq. Ancaq kino sənətinə rejissor statusuna bu ölkələrdə eyni münasibət bəslənilir. Sözü gedən ölkələr Şimali Koreə və Amerikadır. – «Kino sənətində recissor statusuna ən ceridə qalmış münasibət» deyəndə nəyi nəzərdə tutursunuz? - Kino sənətində rejissor statusu demək olar ki, yoxdur. Məsələn, Şimali Koreyada komunist diktaturası bərqərardır. Ölkənin qanunlarına əsasən, hər şey partiyaya mənsubdur. Bu səbəbdən də müəlliflik hüququ anlayışını tamamilə inkar edirlər. Amerikada isə filmin müəllifi proüserdir. Bir sözlə, sənət sahəsində də maliyyə həlledici rola malik olduğundan rejissorun müəllif kimi hüquqi tanınmır. Ümumiyyətlə, forumda bu mövzuda ən əhatəli məruzəni Parisdən gələn kino tədqiqatçısı Deboro Abramoviç söylədi. Debora Abramoviç audiovizual əsərin müəllifinin kimliyini və statusunu müəyyənləşdirmək üçün on altı ökədə tədqiqat aparıb. Məlum olub ki, filmin müəlliflik hüquqi Amerikada yalnız prodüserə, Avstraliyada ssenari müəllifinə, ideya müəllifinə, bəstəkara, prodüserə, Fransada, İsraildə, İtaliyada, Yaponiyada rejissora, Böyük Britaniyada rejissora və prodüserə məxsusdur. - Ayaz müəllim, oxucularımıza Forumun gündəliyi barədə məlumat verərdiniz. - Forumda başlıca mövzu kino sənətində rejissor statusu olsa da, daha bir mövzuda gündəmə gətirilmişdi. Bəribaşdan deyim ki, bu mövzu tamamilə yeni idi. Belə ki, rejissorun statusu təbiət hadisələri ilə eyniləşdirilmişdi. Bu ifadə bir qədər mücərrət səslənsədə, rejissor statusunun qorunması ilə ekoloqiyanın qorunması arasında paralellər aparılırdə. - Eşitdiyimizə görə Forumda bir neçə deklorasiya qəbul olunub. - Forumda ilk imzalanan deklorasiya kino sənətini, eləjə də, rejissorun iqtisadi qanunlardan asılığını heçə endirməyə dair idi. Bu deklorasiya sənəti iqtisadiyyatdan daha yüksək qiymətləndirir. Məsələn, deklorasiyada belə bir fikir səsləndirilir ki, azad bazar qüvvələri mədəniyyətin, insaniyyətin inkişafında aparıcı rol oynaya bilməz. Daha bir deklorasiya audiovizual əsərlərin istəlinən siyasi tamayüldən uzaq olmağını təqdir edirdi. Digər bir deklorasiya «Audiovizual əsərin müəllifi nəyə görə məhz rejissordur?» sualını cavablandırırdı. Daha sonra Forumda təmsil olunan bir neçə ölkənin rejissorlarının müəlliflik hüququnu qoruyan deklorasiyalar qəbul olundu. Bu ölkələr sırasında Kolumbiya, Çili, Cənubu Koreya, Yeni Zenlandiya, Böyük Britaniya var idi. Məsələn, Çili kinematoqrafiyası bir neçə il öncə Amerika ilə bir müqavilə imzalayıb. Çili kinematoqrafiyasının inkişafını nəzərdə tutan bu müqavilədə belə bir şərt var ki, Çili kinematoqrafiyası Amerikadan başqa heç bir ölkənin kinematoqrafiyası ilə əməkdaşlıq edə bilməz. Forum Çili rejissorplarının hüququnu məhdudlaşdıran bu şərtə qarşı çıxdı. - Forum iştrakçıları müasir kino sənətində rejissorun statusunu nejə görürdülər, eləcə də, onu necə müəyyənləşdirməyə cəhd göstərirdilər? - Forum iştrakçıların münasibəti konkret müddəalarda öz əksini tapıb. Gəlin, bu müvvəalara nəzər yetirək. Audiovizual əsərdə rejissorun rolu müstəsnadır. O, filmin yaradıcısıdır, müracət olunan ssenarinin konkret ifadəsini məhz rejissor verir. Eləcə də, film hər hansı bir əsər əsasında ekranlaşdırılsa da, müstəqil sənət əsəridir. Filmin bütün mərhələlərində rejissor əsas fiqurdur. Yalnız rejissorun görümü audiovizual əsərdə əsas rol oynayır. Rejissor individual görüşünü audiovizual əsərə çevirir. Filmin istehsalının bütün mərhələlərində aparıcı rol oynayır məhz rejissor filmin bütün yaradıcılıq məsələlərinə görə məsuliyyət daşıyır. Audiovizual əsərin yaradıcısı kimi yalnız rejissor əsərin nəticədə olan formasını müəyyənləşdirir. - Bu mövzu ilə bağlı Forum iştrakçıları arasında prinsipial fikir ayrılığı oldu? - Əvvəla deyim ki, Forum iştrakçıları ilk növbədə recissor stasuna ən geridə qalmış münasibət bəsləyən ölkələrin – Şimali Koreə və Amerikanın təjrübəstinə qarşı çıxdılar. Forum iştrakçılarının yekdil fikrinə də, öz növbəsində Amerika rejissorları şərik çıxmırlar. Onlarda öz ölkələrinin təjrübəsindən çıxış edərək, recissor statusunu məhdüdlaşdırmağa çalışırdılar. Məsələn, Amerikadan gələn rejissor deklorasiyaları hazırlayarkən «Filmin bütün proseslərində rejissor iştrak edir» müddəasını irəli sürdü. Bu müddəa Forum iştrakçıları tərəfindəne etirazla qarşılandı. Mən özüm də, bu barədə çıxış etdim. Bir sözlə, onları müddəası keçmədi. - Kino sənətində rejissorun yeni statusunu müəyyənləşdirməyə cəhd göstərən Forum iştrakçıları audiovizual əsərin müəlliflik hüququ rejissora məxsus olduğu təqdirdə digər yaradıcı şəxslərin statusunu necə görürlər? - Mənə elə gəlir ki, burda kompromisə getmək ölümə bərabardir. Mənim görümümdə filmin digər iştrakçılarının heç bir müəlliflik hüququ olmamalıdır. Məşhur rejissorların birindən soruşanda ki, Siz aktyorlarla nejə işləyirsiniz? O cavab verir ki, Mən onlarla işləmirəm. Mən onlara pul verirəm. Bu baxımdan, istər bəstəkar, istər ssenari müəllifi, istər aktyorlar recissorun yaratdığı dünyanın sadəjə sakinləridir. Hər şey recissorun onları nejə görməsindən irəli gəlir. - Müəlliflik hüququna bütünlüklə iddia edən rejissor maliyyə məsələlərini necə həll edəjək? - Rejissorlar Gildiyasının ilk vəzifəsi ondan ibarətdir ki, o recissorun müəlliflik hüququnun iqtisadi qanunları üstələnməsinə çalışmalıdır. - Sizə elə gəlmirmi, rejissor digər yaradıcıların hüququnu məhdudlaşdırır. Məsələn çoxlu sayda ekran əsərləri sadalamaq olar ki, məhz kino ulduzları sahəsində geniş tamaşaçı auditoriyası toplayıb. - Ola bilər. Ancaq aktyorun hüququ yoxdur, bu, rejissorun seçimi olub. Vaxtılə Tarkovski deyirdi ki, mənim üçün aktyor filmdə olan mənzərənin bir hissəsidir. - Bütün bunlar Forumda səslənən fikirlər, müddəalar idi. Reallığa gəlincə, konkret öz ölkəmizə üz tutaq, Azərbayjanda müvafiq qanunda göstərilib ki, audiovizual əsərdə beş yaradıcının müəlliflik hüququ var. Bu baxımdan Forumun bir nəticəsi olacaqmı? Müvafiq qanunlarda dəyişiklik gözlənilir mi? - Təəssüf ki, dəyişiklik olmayacaq. Foruma qatılan heç bir rejissor qurumu bunu eləmək iqtidarında deyil. Bütün bunlar gələjəyin işidir. Hələlik isə ilk addımlar atılır. Sevinj Rəhimova. | ||
+