Müəlliflərin üç yaşlı ümüd yeri.

Azərbaycan Professional Kinorejissorlar Gildiyası Bürosunun Sədri Nüseyn Mehdiyev «Bəlkədə bu üç ildə qazandığımız ən əsas nailiyyət müəlliflərə yüksək səviyyədə özünəhörmət hissi aşılamağımızdır.

“525-ci qəzet” 18.04.2002

    1999-cu il mayın 17-də Azərbaycanın, sırada ən məşhurları da olmaqla, 32 kinorejissoru bir araya gələrək, keçirdikləri təsis konfransında Professional Kinorejissorlar Gidiyasının əsasını qoydular. Ümumiyyətlə, gildiya forması bütün dünyada professionalları birləşdirən bir təşkilat olaraq, birlik mənasını ifadə edir. Azərbaycanda da belə bir qurumun yaradılması ideyası tanınmış kinorejissor, Azərbaycan Professional Kinorejissorlar Gildiyası Bürosunun sədri Hüseyn Mehdiyevdən gəlib. Müəyyən müzakirələrdən sonra kinorejissorlarımız toplaşıb, Gildiyanı təsis ediblər, ümumi razılıqla görkəmli rejissor Eldar Quliyev qurumun rəhbəri seçilib.
    Artıq Gildiya fəaliyyatinin üç ili arxada qalıb. Qurumu yaratmaqda məqsəd nə olub? Bu üç ildə nələr edilib, hansı nailiyyətlər qazanılıb? Bütün bu suallara H.Mehdiyevin bizimlə söhbətindən cavab almaq olar.     Onun sözlərinə görə, belə bir qurumun yaradılması zərurəti audiovizual müəlliflərin hüquqlarını qorumaq ehtiyacından irəli gəlib: "Məsələn, Amerika Kinorejissorlar Gildiyasının tarixi ötən əsrin 40-cı illərindən başlayır. Indi bu qurum müəlliflərə yaxından kömək edən, onların hüquqlarını qorumağa qadir olan güclu bir təşkilatdır. İstehsalçılar, prodüsserlər, böyük kino şirkətləri, onların rəhbərləri həmin təşkilatla hesablaşır, hər il müqavilə baglayırlar və orada müəlliflərə ödəniləcək haqqən minimum məblaği müəyyənlaşir. Biz da öz hüquqlarımızı qorumalıyıq. Əlbəttə ki, hər müəllif ayrılıqda bu işlə məşqul olsa, çox çətin olar. Hamını bir mərkəzdə toplamaq və bütün qüvvələri səfərbər etmək lazım idi. Ona görə də Ukrayna, Rusiya, eləcə də bir sıra xariji ölkələrdə fəaliyyət göstərən gildiyaların təcrübalarindən bəhrələnib öz təşkilatımızı yaratdıq".     Amma təbii ki, Azərbaycandakı bu təşkilat başqa ölkələrdəki, xüsusən də Amerikadakı müvafiq qurumlardan xeyli fərqlənir, əsasən də, maliyyə imkanlarının məhdudluğu baxımından:
    "Bizim gildiya elə də böyük imkanlara malik deyil. Hətta Gildiyada daimi işləyən 3-4 nəfəri təmin etməyə də çətinlik çəkirik. Əgər Gil-diyanın güclü, qüfuzlu təşkilata çevirə bilsək, onda bizimlə hamı hesablaşar və bu da müəlliflərin, professionalların vəziyyətinə, gələcəyinə çox yaxşı təsir göstərər. Güclü olmağımız üçün də, ilk növbədə, müəlliflərin birliyi, mütəşəkkilliyi lazımdır".
    H.Mehdiyev qurumun məhz Kinorejissorlar Gildiyası adlandırılmasının heç də təsadüfi olmadığını bildirir "Üumiyyətlə, sovet sistemində kinoya münasibətdə ənənəvi "kino kollektiv sənət əsəridir" fikri formalaşmışdı. Amma bu, sənət baxımından çox ziddiyyətli bir fikirdir. Çünki sənət əsəri kollektiv yaradıla bilməz. 0 bir şəxsin yaradıcılıq məhsuludur. Əlbəttə, ssenaristin, rəssamın, operatorun da öz hüquqları var. Amma filmin əsas yaradıcısı və müəllifi rejissordur. Kinonun əsas müəllifi re-jissor olduğundan və bu peşənin qəbul edilmiş statusunu reallaşdırmaq baxımından biz məhz bu adı seçdik".
    - Ümumiyyətlə, gildiya təkcə rejissorların yox, ümumilikdə audiovizual əsərlərin digər yaradıcı işçilərinin də hüquqlarını qoruyur. Operatorların, rəssamların, bəstəkarların müraciətilə bağlı qurumun müxtəlif bölmələri yaradılıb.
    Belə məlum olur ki, bir çox çətinliklərə baxmayaraq, ötən üç ildə Gildiya audiovizual müəlliflərinin hüquqlarının qorunması sahəsində xey-li iş görüb. H.Mehdiyev bu fikirdədir ki, əgər hansısa müəllif öz hüququnu Gildiyaya etibar edirsə, deməli, müəlliflər bu təşkilata inanır və ona bel bağlayırlar. Bu baxımdan, Gildiya fəaliyyətini sırf hüquqi əsaslar üzərində qurur, yəni müəlliflər əsərləri üzərindəki hüquqlarını bu təşkilata kollektiv idarəçiliyə verirlər. Hazırda 100-dən artıq müəllifin 1000-dən çox əsərinin hüquqları Gildiyaya kollektiv idarəçiliyə verib. Həmsöhbətimiz bildirir ki, Gildiyanın əsas məqsədlərindən biri, ilk növbədə, Azərbaycanda audiovi-zual əsərlərin istifadəsi ilə bağlı hüquqların qanunvericiliyə uyğun həyata keçirilməsini nəzarətdə saxlamaq, bu yöndə ortaya çıxan məsələləri yoluna qoymaqdır. Bu istiqamətdə Gildiya artıq müəyyən nailiyyətlər də aldə edib: "Məslən, Gildiya "antipirat kampaniyası"nı uğurla həyata keçirib və bunun nəticəsində indi bazarda Azərbaycan müəlliflərinin əsərlərinin qeyri-qanuni yolla istehsalı və satışına, demək olar ki, rast gəlinmir. Televiziya kanallarında Azərbaycan filmlərindən istifadə sahəsində isə, hələ ki, müəyyən stabillik yaradılmayıb".
    Müsahibimiz deyir ki, bütün jəhdlərə baxmayaraq, bəzi televiziya kanalları bugünədək müəllif hüquqlarına hörmət prinsipini kobud surətdə pozmaqda davam edirlər. Onlar nəinki filmlərin builki, hətta ötənilki istifadəsinə də həm istehsalçıya, həm də müəllifə çatacaq qonorarları hələ də ödəməyiblər: "Bu isə "Azərbaycanfilm" kinostudiyasının indiki ağır vəziyyətində, sadəcə, insafsızlıqıdır. Cünki, kinostudiyanın əsas gəlir mənbəyi onun çəkdiyi filmlər olmalıdır. Bu gün film bazarında ən böyük yeri televiziya kanalları tutur. Onlar kinostudiyanın məhsullarından gənbol istifadə edib, əvəzində qanuna uygun şəkildə haqq ödəmirlərsə, deməli, bu, kinostudiyanın vəziyyətini daha da çətinləşdirir.
     Məsələn, "Mosfilm" kinostudiyasının iqtisadi vəziyyəti çox yaxşıdır, çünki istehsal etdiyi flmlərin Rusiya və xarici televiziya kanallarında nümayiş etdirilməsindən küllü miqdarda gəlir əldə edir. Bildiyimə görə, "Mosfilm" hər filminin nümayişi müqa-bilində mərkəzi televiziya kanallarından 10 min dollardan artıq qonorar alır. Bu da həmin kinostudiyanın inkişafına böyük kömək edir. Bizdə isə vəziyyət tamam başqa cürdür. Mən başa düşürəm ki, bizim telekanalların da və-ziyyəti yaxşı deyil və onlar da inkişaf etmək istəyirlər. Amma bu inkişaf başqasının ziyana düşməsi hesabına olmamalıdır".
    Hazırda telekanallarla bu yöndə danışıqlar getdiyini bildirən H.Mehdiyev deyir ki, əgər məsələ tez bir zamanda yoluna qoyulmasa, problemi məhkəmə yolu ilə həll etməyə məcbur olacaqlar. Amma H.Mehdiyev bu perspektivin heç də bütün telekanalları gözləmədiyini söyləyir: "Elə telekanallar var ki, onlar bu sahədə tamamilə qanuna uyğun formada hərəkət edirlər".
    H.Mehdiyevin fikrincə, müəlliflərin gələcək vəziyyəti, öz əsərlərinin bəhrəsini görmələri onların istehsalçı və sponsorlarla bağladəqları müqavilələrdən bilavasitə asılıdır. Əgər müqavilədə bütün amillər nəzərə alınsa, gələcəkdə hər şey öz qaydasında və qanuna uyğun olacaq. Əks təqdirdə, ortaya ciddi problemlər çıxacaq: "Bu istiqamətdə də müəyyən işlər görürük. Müəllif Hü-quqları Agentliyi və müvafiq Avropa qurumlarının bağladığı müqavilələrin nümunələrinə əsasən müəllif müqaviləsi hazırlayaraq, qəbul etmişik. Həmin müəllif müqaviləsi audiovizual müəllifin istehsalçıyla münasibətlərini tən-zimləyir".
    Gildiyanın nizamnaməsində müəlliflərin hüquqlarının qorunması, sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycan kinosunun inkişafı, onun təbliği, bu sahədə gənj mütəxəssislərin hazırlanması və s. müddəalar da var. Qurumun fəaliyyətinin ən vacib istiqametlərindən biri də gənclərlə iş aparmaq, ilk növbədə, gənj rejissorların, müəlliflərin fəaliyyəti üçün şərait yaratmaqdır: "Düzdür, biz istehsala kömək imkanına malik deyilik. Ona görə də əsas fəaliyyətimizi gənclərə öz əsərlərini göstərmək, onları ictimaiyyətin diqqətinə çatdırmaq, bir-birlərinin işləri ilə tanış olmağa imkan yaratmaq, müsabiqələr keçirmək yönündə qurmuşuq. Gildiyanın nəzdində gənc müəlliflərə aid ayrıca bir bölmə var. İki dəfə gənclərin audiovizual əsərlərinin mini festivalını keçirmişik. Yaxınlarda bu tipli üçüncü tədbiri keçirəcəyik. Bundan əlavə, ötən il Gənclər, İdman və Turizm Nazirliyi ilə birgə Gənc Müəlliflərin Birinci Audiovizual Festi-valını keçirdik. Ənənəvi olaraq, bir ilin oktyabrında belə bir tədbir keçirmək istəyirik. Builki festivalın, birincidən fərqli olaraq, beynəlxalq saviyyəli olmasını planlaşdırıq".
    Gildiyanın bu günüdək qazandıqları nailiyyətlər sırasında 2000-ci ilin əvvəlində Avropa Kinorejissorlar Federasiyasına (FİRA), sonunda isə Beynəlxalq Audiovizual Müəlliflər Assosiasiyasına (AİDAA) qəbul olunmasıdır.
    Amma H.Mehdiyevin fikrincə, bütün bu sadalananlardan əlavə, daha mühüm bir nailiyyət, ilk növbədə, Gildiyanın yaranması, müəlliflərə özünə hörmət hissinin yüksək səviyyədə aşılanmasıdır: "Üç il əvvələ qədər bizdə kinoda mü-əllif hüququnun nə olduğunu tam dəqiqliyilə bilən, demək olar ki, yox idi. Amma artıq rejissorlar, ssenaristlər, rəssamlar, bəstəkarlar özlərini müəllif kimi hiss edirlər, hüquqlarını anlayırlar. Bəlkə də bu üç ildə qazandığımız ən əsas nailiyyət müəlliflərə yüksək səviyyədə özünə hörmət hissi aşılamağımızdır".
    Onu da qeyd edək ki, Azərbaycan Cəmiyyətində Kinorejissorlar Gildiyasına münasibət heç də birmənalı deyil. Məsələn, bəziləri hesab edir-lər ki, bu qurumun müəlliflərin hüquqlarını qorumağa ixtiyarı çatmır. H.Mehdiyev isə bunun tam əksini söyləyir: "Gildiya müstəqil ictimai qurumdur və Azərbaycan Respublikasının "Müəllif hüquqları və əlaqəli hüquqlar" qanunundakı "Müəllif hüquqlarının kollektiv idarəçiliyini həyata keçirən ictimai təşkilatlar" müddəası əsasında fəaliyyət göstərir. Gildiya müqavilə əsasında istənilən müəlifin hüqunu qoruya bilər".

Günay YELMARQIZI.
+