| «Sənətə» gənclər gəlməlidi» «Azanfilmin direktoru və bədii rəhbəri Elçin Hami Axundov kadr potensialının zəif olduğunu söyləyir. | ||
|
«Ayna» qazeti – 24.01.2003 A.ƏHMƏDOVA. Təəsüf ki, bu gün Azərbaycanda saysız-hesabsız animasiya filmləri cəkilmir ki, onların keyfiyyəti, tərbiyəvi əhəmiyyəti müzakirə mövzusu olsun. Lakin heç çəkilmədiyini də söyləmək olmaz. Bela ki, ötən ilin sonunda üç animasiya filmi Mədəniyyət Nazirliyinin Kino İşləri Baş idarəsinə təhvil verilib. Bu barədə AYNAya "Azanfilm" studiyasının direktoru və bədii rəhbəri EIçin Hami Axundov söylədi. Yeri gəlmişkən, biz də vətənpərvərlik mövzusunda çəkilən "Cavanşir" animasiya filminin ilk tamaşaçılarından olduq. Uşaqların çox sevdiyi animasiya filmləri sahəsin-də ölkəmizdə tək-tük peşəkarlardan biri sayılan E.H.AxundovIa söhbətimizdə bu janrın problemlərinə toxunduq. |
| |
|
- Nazirlik "Cavansir"i qəbul edib, Polad Bülbüloğlu filmi seyr etdikdən sonra təqdimat mərasimi keçirməyi planlaşdırıq. Vətənpərvərlik mövzusunda çəkilən animasiyada şüarlar, çağırışlar çoxdur. Yeri gəlmişkən, animasiya filmlərindən ibarət videokaset də buraxdırmağı planlaşdırıq. Kasetə"Cavanşir"la yanaşı, Rafiz İsmayilovun "Torpaq", Tahir Piriyevin "Şüalə" filmləri də daxil olacaq. Hər üç film vətənpərvərlik mövzusundadır. Dogrusu, bura digər filmləri də daxil etmək istəyirdik, lakin lent yazılan keyfiyyətsiz olduğundan üç filmlə kifayətlənməli olduq. Yeri gəlmişkən, "Cavanşir" Azərbaycanda ilk animasiya filmidir ki, kompüter vasitəsilə çəkilib. Kompüter istehsalı asanlaşdırır, keyfiyyəti yüksəldir. Həm də kompüterdən istifadə edərkən boyaya ehtiyac olmur - bu da iqtisadi baxımdan sərfəlidir. Eskizi çəkdikdən sonra kompüterdə ona istənilən rəng vermək olur. - Animasiya filmlərinin çəkilişinə mane olan səbəb yalnız maliyyə vəsaitinin çatışmamazlığıdır? - Xeyr, xatırladım ki, Sovet dövründə ildə 4-5 film çəkilirdi. Elə indi də təxminən bu sayda animasiya filminin çəkilişi üçün vəsait ayrılır. Sadəcə, həmin dövrdə inkisaf gedirdi, ilbəil ayrılan vəsaitin məbləgi artdıqca filmlərin sayı da artırdı. Indi isə əməkdaşlarımızı müqavilə ilə işə götürürük. Yalnız iş olanda əmək haqqı veririk. Qeyd edim ki, maliyyə ilə yanaşı, kadr problemi də mövcuddur. Kadr potensialımız azdır. Hazırda animasiya ilə məşqul olan 4 - 5 nəfər var ki, mənim yaşıdlarımdır. Sənətə cavanlar gəlməlidir. Hələ 1988-ci ildə 80 tələbənin iştirakı ilə kurs təşkil etmişdik. Onlar süzgecdən keçdilər. Axı bu, çətin sənətdir. On dəqiqəlik film üçün qaralama şəkillərlə birgə 55 min eskiz çəkilməlidir. Bir sözlə, kursun sonunda cəmi 6 nəfər qalmışdı. Lakin həmin ərəfədə vəsait ayrılmırdı, iş yox idi. Gənjlər ölkəni tərk etdilər. Hazır-da həmin gənclər İsraildə, Amerikada "Disney" studiyasında fəaliyyət göstərirlər.Yeri gəlmişkən iki il əvvəl studiyanın nəzdində animator kursları açmışdıq. Lakin maliyyə çətinliyinə görə kurslar müvəqqəti fəaliyyətini dayandırdı. Yadımdadır, sovet dövründə beş ildən bir "Soyuz-multfilm"dəki kurslara tələbə göndərirdik. Kinematoqrafçıların qurultayında mən bu məsələni qaldıranda təklif olundu ki, hər il 2 - 3 gəncin Moskvadakı kurslara göndərilməsini bərpa edek. Mənim təklifim isə odur ki, oradan peşəkarları ölkəmizə dəvət edek. Çünki bu yolla onun ətrafına daha çox tələbə toplaya bilərik. Təcrübədən bəllidir ki, hələ ötən illərdə Moskvaya kurslara göndərdiyimiz uşaqların böyük əksəriyyəti geri qayıtmır, orada işləməyə üstünlük verir. Əvvəllər "Soyuzmultfilm"ə kursa göndərdiyimiz tələbələrin ən bacarıqlıları orada qalırdı. Onları da qınamaq olmur. - Yəni dövləti kinematoqrafiyaya pul ayırmadığına görə qınamaga dəyməz... - Tamamilə doğrudur, çünki dövlət kinoya ayırdığı pulun heç 50%-nı sonradan geri ala bilmir. Hesab edirəm ki, kinematoqrafın yalnız iki qolu - animasiya və sənədli filmlər pul gətirəcək. Bədii filmlər festivallardan "dəmir-dümür" gətirə bilər, amma pul yox. Ən inkişaf etmiş kinematoqrafiya Hindistandadır. Milyarda yaxın əhalisi, 30-dan yuxarı kino şirkəti var. Çəkilən film bir dəfə Hindistanı dolanarsa, artıq maya dəyəri çıxır. Hələ filmin kaset şəklində satışından əldə edilən gəlirdən, xarici bazara çıxarılmasından söhbət açmıram. Ən böyük şəhərimiz olan Bakıda cəmi üç kinoteatr fəaliyyət göstərir. İnfrastrukturuna görə dünya standartlarına uyğun olan "Azərbaycan" kinoteatrı isə gəlirsiz işləyir. Ölkəmizdə qanunlara da riayət edilmir. Pirat kasetlər satışın əsasını təşkil edir. Rejissorlar Qildiyası ilə birgə animasiya filmlərindən ibarət kaset buraxmışdıq. Bir neçə gün sonra kasetin pirat nüsxələrinin satışa buraxıldığını öyrəndik. - Animasiyanın uşaqların tərbiyəsində rolu varmı? - Əlbəttə, uşaq oynamaq, öyrənmək, yaxşını pisdən ayırmaq istəyir. Animasiya vasitəsilə ona biliklər, informasiyalar verilir. Kiçikyaşlı uşaqlara tariximizdən, mə-dəniyyətimizdən mühazirə oxumaq olmaz. Amma o hələ uşaqlıqdan bu barədə məlumatlı olmalı, kirn olduğunu bilməlidir. Biz tariximizi onlara animasiya va-sitəsilə öyrətməliyik. İnsan öz tarixinə arxalanmalıdır. Kəlbəcər işğal ediləndə Turkiyədən Xəlil bəy adlı qonağım gəlmişdi. Dediyinə görə, sözü gedən rayonu-muz işğal ediləndə Türkiyədə mitinqlər keçirilirmiş. Onlar türk hökümətindən bizə kömək etmələrini tələb edirdilər. 0, Bakıdakı vəziyyəti görəndə təəccübləndi. Ona dedim ki, qardaşım, sən gözünü açandan sənə tarixin, mədəniyyətin, böyük imperiyanın, sənə qalan miras barədə danışıblar. Amma bizə deyiblər ki, sənin tarixin yoxdur, naməlum bir millətin nümayəndəsisən, hətta yaşadığın ev də dövlətindir. Mənim tarixim yoxdursa, nəyə arxalanmalıyam? Millət öz tarixini bilməlidir ki, ona arxalansın. Bu qənaətə gəlmişəm ki, biz bundan sonra animasiyanı 3 -7 yaşlı uşaqlar üçün çəkək. Bu həddən yuxarı uşaqları artıq itirmişik. Yeri gəlmişkən, dini və ekoloji mövzuda layihələrimizlə donor şirkətlərə müraciət etməyi plan-laşdırıram. - Amma bu gün telekanallarda nümayiş edilən animasiya filmlərində də tariximiz, mədəniyyətimiz barədə informasiyalara rast gəlmirik... - Doğrudur, çünki kanallarımız əcnəbi animatorların filmlərini nümayiş etdirirlər. Bu da olmalıdır. Yəni mən dünyadan təcrid edilməyin tərəfdən deyiləm. Amma eyni zamanda, yerli istehsalçıların filmləri də nümayiş edilməlidir. Kanallar filmlərin nümayişi üçün Rejissor-lar Gildiyası ilə müqavilə bağlamalıdır. Əcnəbi anima-torların filmlərinin tez-tez nümayiş edilməsinə baxmayın. Əksər hallarda yayım hüququ qanuni yolla alınmır. Videokasetə 10.000 manat verib nümayiş etdirirlər. Çünki kanalların filmləri almağa imkanı yoxdur. RTR kanalı "Santa-Barbara"nın bir seriyasının nümayişi üçün 15 min dollar pul ödəyirdi. Yəni demək istəyirəm ki, xaricdən filmin yayım hüququnu almaq çox bahadır. Hesab edirəm ki, əcnəbi animasiyalar nümayişi təşkil edilərkən seçim edilməlidir. P.S.: indiki dövrdə bədii filmlərin gəlir gətirməyəcəyi hamıya bəllidir. Çünki dövlət filmin çəkilişinə təlab edilən lazımi məbləgdə pul ayıra bilmir. Amma müsahibimin də qeyd etdiyi kimi animasiya və sənədli filmlərin çəkilişinə vəsait ayrılarsa, həm də ki uşaqlarımıza öz tariximizi, həyat tərzimizi göstərərik. | ||
+