| Rüstəm İbrahimbəyov: «Şərq indi də incə məsələdir» | ||
|
«Azadlıq» qazeti 12.02.2001. Dedilər, Bakıya gələcəgək - doğum gününü doğulduğu şəhərdə qeyd etmək uçun. Onu da dedilər ki, bu səfəri də həmişəki kimi qısa olacaq. Barmaqla sayılası günlər... və bir neçə günün çərçivəsinə sığmayan gərgin iş rejimi: rəsmi görüşlər, məşqlər, danışıqlar, muzakirələr; üstəlik həm də yaxın adamların əhatəsində qeyd edilən şadyanalıq - ziyafət məclisi və yenə təyyarə, yenə yol, yenə səfər. |
| |
|
Həmsöhbətim Azərbaycan kinosunun metri Rustəm İbrahimbəyovdur. Mövzumuz ədəbiyyatda və kinoda öz dəyərli sözünü söyləmiş İbrahimbəyov fenomeninin gerçəkləşdirəjəyi sınaqla baglıdır. Söhbət Rüstəm müəllimin yeni teatr açmaq ideyasından, bu yöndə gördüyü işlərdən gedəcək. Teatr açmaq isə pyes yazıb tamaşa qoymaq kimi xüsusi keyfiyyətlərdən əlavə, həm də sahibkarlıq fəaliyyəti, marketinq keçirmək, publikanın maraqlarını öyrənmək, mövcud tendensiyaları işarələmək, yenilərini yaratmaq, zövqlərə təsir göstərmək, şou-biznes qaydalarına yiyələnmək kimi xüsusi biliklər tələb edir. Daha bir qeyd. Rustəm İbrahimbəyovun qol qoydugu teatr həm də bizim məkanda analoqu olmayan bir yaradıcılıq laboratoriyası olacaq. Eksperimentmi? yox sadəcə Antrepriz. Yəni? Açmasını Rustəm müəllim söyləyəcək. - Rustəm müəllim, mütəxəssislərin dediyinə gö-rə, Avropada təşəkkul tapan antrepriz; teatrı anqajement teatrından fərqli olaraq sırf bazarın diqtəsiylə yox, sahibkarın diqtəsiylə işləyir. Sizin yaratdığınız antrepriz teatrı kimin diqtəsiylə işləyəcək? - Açıgı, Bakıda yeni teatr açmaq qərarına gələndə bu "diqtə" məsələsinə heç elə önəm verməmişəmdə . "Diqtə"ni təbii ki, özümüz edəcəyik - yüksək sənətkarlıq me'yarlarının tə'siri ilə. Antrepriz yaratmaqda maqsədim bu idi ki, bir qrup iste'dadlı aktyoru bir yerə yığıb yeni truppa yaradım. Yə'ni bu, illər boyu təcrübədən keçirilmiş bir modeldir; sadəcə, bizim məkan uçun yenidir. - Sənətçi seçiminin hansı prinsip əsasında aparmısınız? - Başlıça prinsip, təbii ki, iste'daddır. Əlavə bir şərtimiz yalnız dil məsələsiylə bağ-lıdır. Nəzərdə tutmuşuq ki, bizim teatr uçdil li olacaq; Yəni tamaşalarımız Azərbaycan, türk və rus dillərində oynanılacaq. Rus diliylə bağlı heç bir problemimiz yoxdur; türk dilinə gəlincə, bizə elə danışıq səviyyəsi lazımdır ki, sıravi türk tamaşaçısı üçün anlaşıqlı olsun. - Bu saviyyəni qazanmaq üçün dil muəllimlərinin köməyindən faydalanacaq-sınız? - Ehtiyac olsa, bundan da istifadə edəjəyik. - Demək, tamaşalarınız üç məkanda göstəriləcək. - Hər məkanda da iki dildə. Rusiyada həm rus, həm Azərbaycan dilində tamaşa təqdim edəcəyik, Türkiyədə də türk, həm də Azərbaycan dilində. Bayaq aktyor seçi-mini xəbər aldınız. Bizim aktyorlar eyni zamanda üç aləmi, uç dünyanı təmsil edən istedad sahibləridir. - Üç dildə tamaşa qoymaq bacarıgını nəzərdə tutursunuz? - Söhbət tək dildən getmir. Dediyim coğrafi məkandır, mentalitet təsirləridir. Bir var Avropa mentaliteti, bir var Asiya mentaliteti. Uçüncü növ - Avroasiya mentalitetidir. Məsələn, türklər coğrafi baxımdan Avponaya bizdən yaxındırlar, amma Avropa mentalitetindən uzaqdırlar. Ruslar isə özlərini təmiz slavyan saydıqları halda, onlarda da əlli faiz türklük var. Rusların bu gün öyrəndikləri tarix Romanovların yazdırdığı saxta tarixdir. İndi deyirlər, guya Rusiya 300 il tatar əsarətində yaşayıb. Əslində elə olmayıb axı. Həmin dövrdə sadəcə qarışıq tatar-slavyan dövləti olub. Əsarət olsaydı, Andrey Rublyov yaranardımı? Bax, bu gün ruslar özlərinə milli məram axtarırlar. Əslində onların milli məramları budur ki, Rusiya həmişə bütün xalqların vətəni olub. Bu tarixi həqiqəti e'tiraf etsələr, problemlərini də həll edə bilərlər. Rusiyanın kiçik bir hissəsi Avropanın, böyük hissəsisə isə Asiyanın payına düşür. Bu mənada ruslar bizdən daha artıq asiyalıdır. Bizim üstünlüyümüz odur ki, qarışıq Avroasiya mentalitetimiz var; Rusyada belə bir aralıq mərhələ, ortaq mədəni məkan yoxdur: ya Avro-pa var, ya Asiya. Biz isə həm ondanıq,həm bundan. -Şəxsən Rüstəm İbrahimbəyov hansındandır: Avropalı,yoxsa asiyalı? Avropalı,yoxsa asiyalı?-Vu haqda mənim bir zarafatım var; dostlarım bilir. Deyirəm ki, biz həftənin üç gününü avropalı oluruq,üç gününü asiyalı; yerdə qalan bir gününüdə oturub fikirləşirik ki, görəsən bunlardan hansı yaxşıdır.Bu mənada bizim yerimiz unikaldır. Elə geopolitik baxımdan da iki böyük dövlətin maraqlarının toqquşduğu məkanda yerləşirik-Türkiyə ilə Rusiyanın arasındayıq. Ona ğörə çox şeydə biz onlara nümunə olmalıyıq,onlar bizə yox. Elə bu teatrı yaratmaqla da həmin ortaq mentalitetimizi nümayiş etdirəcəyik.Bizim arzuladığımız teatr modelini yaratmaq üçün böyük teatr ən ənəsi, böyük dövr lazımdır ki, belə bir aktyop pleyadası yetişsin. Avropalı,yoxsa asiyalı? -Antrepriz həm də müəyyən mə nada kommersiya məqsədli teatr olmalıdır.Bu mənada uğur qazanmaq üçün kütlənin zövqüylə hesablaşacaqsınız? -Bizim məkanda teatr kommersiya baxımından əlverişli ola bilməz. Heç vaxt tamaşalara qoyulan pul çıxarılmayıb; heç bu,mümkün də deyil.Bizim də məqsədimiz Kommersiya deyil. Çalışajağıq ki, Avropa və rus teatr ənənələrini qoruyub saxlayaq. - Deyirlər, məşqlərə artıq başlamısınız. Antrepriz teatrın yeri-yurdu haradadır? - Hələ ki "Azərbaycan" kinoteatrında məşq edirik. Yaxın vaxtlarda isə öz yerimiz olacaq. Tikintimiz hələ başa çatmayıb. - Teatrçun bina tikirsiniz? - Burda təəccüblüblü nə var ki? - Sadəcə, Bakıda sonunju teatr binasının tikildiyi yadıma gəlmir. - Normal teatrın ilk növbədə konkret ünvanı ol-malıdır. - Antrepriz bu işdə də birinci olacaq deyirsiniz? Yəni özünə məxsusi bina tikən ilk özəl teatr? - Teatr özəl olsa da, tikdiyimiz bina hökümətin, yəni Dovlətəmlakkomun mül-kiyyətində olacaq; sadəcə, biz həmin yeri 20 illik pulsuz icarəyə götürəcəyik. -Binanı öz hesabınıza tikirsiniz?Yeri haradadır? Vaqif küçəsində illərdən bəri istifadəsiz qalan bir Yay kinoteatrı Vardı; uçulmuş bir xarabalıq idi,vəssalam. Azərkinovideo ilə müqavilə bagladım ki, həmin yerdə kinoteatr və bir teatr tikilsin hökümət üçün, üstü də olsun yaşayış binası.Həmin kooperativ binanın sakinləri lazım olandanda artıq pul ödəməyə razılıq veriblərki, təki binanın altında kinoteatr olsun. -İnşaat işini türklər görür? -Yox,öz inşaatçılarımızdır. Təkjə kinoteatrla teatr 300 min dollar pula başa gələcək; bütün tərtibatı,səhnəsi,oturacagları,locası-filanı da daxil olmaqla.Yaxşı bir iş görürsən,uğurlu proyekt keçirirsən,buna da mane olan tapılır. - Na deyirlər ki? - Məgər bürokratik əngəllərdən xəbəriniz yoxdur? Bu ki, Bakıda adi məsələdir... - Tikintiyə ijazəniz yoxdur yəni? - Mən ijazəsiz işə getməzdim axı. İş bundadır ki, hər şey qanun-qaydayla, ijazəylə edilib. Əvvəl icazə veriblər, işə başlamışıq; indi isə deyİrlər ki, bina yeddi yox, dordmərtəbəli olmalıdır. - Tikntini dayandırmısınız? - Hələ ki, hər şey öz qaydasında gedir. - Teatr nə vaxta hazır olar? - 5-6 aya iş tamamlanasıdır. - Teatrin premyerası da o vaxt olajaq? - O çağajan açılışınızı edəjəyik. İçərişəhərdə bizim bir yerimiz var - Festival qərərgahı - ilk səhnəmiz orada qurulajaq. İndi hazırlanan pyeslərin ikisində də hadisələr mənzildə baş verir; yəni iri dekorasiyalara ehtiyaç yoxdur. Ona görə ilk tamaşamızı həmin qərərgahda təxminən 30-35 nəfərlik auditoriya qarşısında göstərmək qərarına gəlmişik. - İlk tamaşanız hansı olajaq? - "Şirəbənzər" artıq demək olar ki, hazırdır; ikinçi bir pyesimi - "Hərdənbir görüşlər üçün partnyor axtarıram"ı da hazırlayırıq. - Sizin teatrı kim maliyyəlişdirəjək? - Hələlik aktyorların hər birinə 50 dollar aylıq verirəm. Bu məbləgi, təbii, özüm da verə bilərəm. Gələcəkdə isə, çox güman, mesenantların köməyi hesabına yaşayacağıq. Bizim işin maddi yox, mədəni-ictimai dividendləri olacaq. - Teatrınız «İbrus» adlanır; bu nə deməkdir? Yalnız Sizin pyesləriniz tamaşaya qoyulaçaq? - "İbrus" mənim Moskvadakı şirkətinin adıdır; orada film çəkilişi, kitab nəşri, xarici filmlərin gətirilməsi ilə məşğul oluruq. Ona görə bu teatra da öz adıma uyğun ad verdim: "İbrus" - İbrahimbəyov Rus-təm deməkdir. Repertuara gəlinjə, maraqlı pyeslərin üzünə qapımız həmişə açıqdır. Buyaxınlarda məni Akademik Dram Teatrına dəvət etdilər. Əli Əmirlinin "Köhnə ev" tamaşasına baxdım; sözün düzü, mənə ləzzət elədi. Bizim adlı-sanlı dramaturqların əsərlərindən qat-qat yaxşı, uğurlu əsərdir; uğurlu da rejissor işi var. Bax, elə muəllifləri məmnuniyyətlə dəvət edərdim. Fikrimcə, "Yuğ" teatrının çox maraqlı ənənələri var; neçə illərdir mən onların işini maraqla izləyirəm. Vaqif İbrahimoğlu bizim truppayla işləmək istəsə, bunu yalnız alqışlayarıq. - Teatra gələn təzə məüəlliflər ,yalnız sizin truppayla işləyəjək, yoxsa yeni aktyorların da gəlməsi mümkündür? Bir də əgar yeni heyat dəvət edilsə, bu halda maliyyə məsələsi kimin üzərinə duşəcək? - Təbii, təzə aktyorlar jəlb edə bilərik. Onsuz da bizim işimiz muqavilə əsa-sındadır. Maliyyənin isə prinsipi dəyişməyəcək. - Oxujuları həm də Sizin Kino fəaliyyətiniz maraqlandırır. Təzəlikjə nə çəkmisiniz... - 12 günə"Etimad tele-fonu" adlı tammetraclı telefilm çəkmişəm. BMT-nin sifarişidir, gender probleminə həsr olunmuş bir filmdir, Vur-tut 20 min dollara başa gələn ekran əsəridir. Soruşacaqsınız -niyə çəkdim bu filmi? Göstərmək istədim ki, kinonun dayanması üçün pulun olmaması əsas şərt deyil; lap az pulla da film çəkmək müm-kündür. - Amma deyəsən "Azərbayjanfilm"dəki bir ssenariniz məhz pulsuzluq ujbatından ilişib qalıb? - O bədii filmi Rasim Oçaqov çəkəçək və dogrudan da, hələ pul olmadıgından bu işi başlamaq olmur. Amma bir var az pula film çəkəsən, bir da var heç pul olmaya; onda təbii ki, iş duyunə duşəçək. - Rusiya kinematoqrafında isə deyəsən, bütün düyünlər açılır; hətqa 30 il əvvəlki proyektə yenidən qayıdırsınız. Deyirlər, «Səhranın bəyaz günəşi» ilə bir daha görüşdürəjəksiniz bizi. - Belə bir ideyamız var, Bu, həmin filmin davamı deyil; 30 il sonrakı hadisə-lərdir; sadəjə, həmin qəhrəmanların bəziləri yenə ekranda görünəcək. - Film neja adlanajaq? - "Şərq - injə məsələ-dir". - Sizin qələminizdən çıxan bu kəlam artıq afo-rizma çevrilsə də, təəssuf ki, Qərb hələ də bu həqiqətlə hesablaşmır. Mən Qərbin timsalçısı olan Fransanın son qəra-rına Sizin munasibətinizi öyrənmək istərdim. Guman edirəm ki, mövqeyinizi bilmək oxujularçun da maraqlı olar. - Əslində Fransanın bu qərarı boş, mənasız bir şeydir. Təsəvvur edin ki, sabah Azərbaycan parlamenti qərar verir ki, bəs AY Azərbaycana məxsusdur... Nə olsun? Senatın qərarı da bunun kimi məntiqsiz bir şeydir. Erməni-türk munasibətlərinə Fransa niyə qiymət verməlidir? Bu qərar yalnız erməni lobbisinin gücünün, bizim lobbimizin zəifliyinin nəticəsidir,vəssalam. - Axı Cak Şirak bu bədnam qərarı təsdiqləməyədə də bilərdi. - Prezident yalnız o zaman bu qərarı ləğv edə bilərdi ki, orada Fransa konstitusiyasına zidd bir məqam olsun. Belə bir ziddiyyət yoxdur axı. Bir də ki, burada fransızların tamam başqa məqsədləri var. Uzun illərdir bu ölkə cidd-cəhdlə çalışır ki, Türkiyəni Avropa Birliyinə qəbul etməsinlər. İndi də bilərəkdən belə bir provokasiyaya əl atdılar ki, türkləri qəzəbləndirib adekvat addımlara təhrik etsinlər. Kütləvi etirazlar kəskin forma alanda isə bəyan etsinlər ki, bəs görürsünüzmü, Türkiyə həqiqətən də (AB)- YƏ layiq, sivil dövlət deyil, vəssalam. Fransa əsas bu işin maragındadır. - Azərbayjan ziyalılarının boyük əksəriyyəti bu fikirdədir ki, Fransa indən belə Minsk qrupunəda həmsədr olmamalıdır. Sizin fikriniz necədir? Azərbaycan etirazını hansı yolla bildirməlidir? - Sizə bir hadisə danışajağam. 1990-jı ilin yanvarıydı. Sovet ordusu Bakı-da qan tökmüşdü. Biz - Moskvada olan azərbaycanlılar da yığışmışdıq səfirliyə. Onda gördüm bir dəstə həmyerlimiz gəlib binanı yandırmaq istəyir. Niyə? Nə səbəbə? Deyirdilər ki, Azərbaycan höküməti ruslarla əlbirdir; bizə belə hökümət lazım deyil, qoyun yandıraq və sairə. Təbii, imkan vermədik. Qabaqa çıxıb dedim - hökümətdən narazısınızsa, Bakıya gedib sözünüzü orada deyin; burada bina yandırmaqla nə qazanırsınız? Bax, indi də Fransayla baqlı eyni situasiyadır. Etiraz lazımdır, amma elə eləməliyik ki, bu etirazdan özümüz ziyan çəkməyək. Bir misal var, deyir, filankəs sürüjünün ajıqına maşından düşüb piyada getdi. Qorxuram ki, biz də həmin vəziyyətə düşək; əslində biz özümüzə yox, fransaya ziyan vurmalıyıq. Bir həqiqəti anlatmalıyıq ki, Şərq indi də incə məsələdir və Qərb bunu nəzərdən qaçırmamalıdır. Söhbəti yazdı: Afaq, foto Əcdərindir. | ||
+