| «Son zamanlar çəkilən filmlərin operatoru olmağıma görə peşiman deyiləm». KİNOPERATOR RAFİQ QULİYEV: «BU QÜN KİNONUN DİNCƏLƏN VAXTIDIR» | ||
|
«525-ci qazet» 16.11.2002. Bu gün Azərbaycanda bəlkə də ən çətin məsələ azad sənətkar olmaqdir. Daimə hansısa problemlər içində olmaq, müstəqilliyə xələl gətirən maneələri dəf etmək, çərçivələri gözləməmək, həqiqəti deməkdən heç vaxt çəkinməmək, konformist mühitdə öz sifətini qorumaq üçün "yox" deməyi bacarmaq etiraf edək ki, çox az adama nəsib olur. Bu mənada mübağiləsiz demək olar ki, istənilən cəmiyyətdə azad sənətkarlar hansısa mənada "persona non qrata"dırlar. Onları sevməyənlər sevənlərdən muqayisə- |
| |
|
gəlməz dərəcədə çoxdur. Və ela ona görə onlara laqeyd qalmaq da çətindir. Rafiq Quliyev Azərbaycanda fəaliyyət göstərən çox az peşəkar operatorlardan biridir. Ona peşəkar operator kimi rəğbət bəsləyirlər, amma azad sənətkar olduğu üçün həm də dözmürlər. Elə bu səbəbdən də R.Quliyev haqda adətən, "Sərtdir, amma peşəkardır" deyirlər. Onun hayatının yarısı imtinalardan ibarətdir. 0, sənətdə imtinaları nəyinsə xatirinə etməyib. Əksinə, imtina etməklə karyerası üçün açılan geniş qapıları tərəddüdsüz-filansız elə öz əllərilə bağlayıb. 0 bundan itiribmi? Zənnimcə, yox. Çünki, əsl sənətkar üçün azadlıq qədər qiymətli heç nə ola bilməz. Ona görə də sənətdə birinci olmaq onun üçün vacib deyil. 0, cox sevdiyi miiəllimi V.Monaxovun bu fikrinə həmişə sadiqdir: "Birinci olmağa çalışmayın, ozünəməxsus dəsti-xəttə malik sənətkar olmağa çalışın". Kino üçün darıxan R.Quliyev bu gün kino sahəsində çalışmır. Hazırda, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində kinooperatorluqdan dərs deyir və eyni zamanda "Lider" kanalında televiziya filmləri istehsal edən "Azərbaycan" redaksiyasının rəhbəridir. - Peşəkar kinematoqrafçı Rafiq Quliyevin bu gün televiziyada işləməyini "məcburi kompromis" adlandırmaq olarmı? - Əvvəla, mən çox gözəl dərk edirəm ki, Azərbaycan kinematoqrafında itirilmiş nəslin nümayəndəsiyəm. Hazirda Azərbaycan kinosunda yaradiciliq ab-havası yoxdur. Yaradıcı adam nəyləsə razılaşır, nəyəsə qarşı etiraz edir və sənət adamı kimi özünü hardasa realizə etmək istəyir. Düzdür, sifarişlə nəyisə çekib maliyyə baxımından normal yaşamaq mümkündür. Amma bu, yavaş-yavaş qısırlaşmaya apara bilər. Ona görə də sənətkar özünü realizə etmək üçün yer axtarır. Mənim üçün bu yer televiziya oldu. Tebii ki, buradakı işim istədiyimi bütünlüklə ifadə etməyə imkan vermir. Amma bizim sənətimiz kollektiv sənətdir və televiziyada komandanı formalaşdırıb daha ciddi işlərə hazirlaşmaq mümkündür. Rejissuraya gəlincə, mən rejissor deyiləm, operatoram. - Amma eyni zamanda filmlər də çəkirsiz. - Mən rejissor olmayan yerdə rejissoram. Yəni mənim operator kimi işləmək istədiyim rejissorlar indi çəkmir və mən belə başa düşürəm ki, uzun müddət çəkməyəcəklər də. Digərləri ilə işləməksə mənim üçün maraqsızdır. - İşləmək istədiyiniz rejissorlar kimlərdir? - Məni həmişə təəccübləndirir ki, Cəmil Quliyev niyə 14 ildir bədii film çəkmir. Səbəbi mənə aydın deyil. Bu gün mən Azərbaycan kinosunda aktyorla işləyə bilən Cəmil Quliyevi və bir-iki rejissoru tanıyıram. Mən həmişə rejissor axtarışında olmuşam. Sənətə gələndə qarşıma məqsəd qoymuşdum ki, elə mərhələyə çatım ki, məni seçməsinlər. Yəni mən özüm seçim, istədiyim rejissorla işləyim, özümü yaradıcılıq baxımından stimullaşdırım. Qismət oldu, elə mərhələyə çatdım ki, rejissorları mən seçirdim. Başqalarının işləmək istədiyi rejissorla da işlədim, bir-iki film də çəkdik. Sonra gördüm ki, maraqsız-dır, o sənət adamı deyil. - Kino kollektiv əməyin bəhrəsidir. Amma onun bir müəllifi var rejissor. Bəs operator kinoda kimdir? Operator rejissorun ən sədaqətli dostudur, həm gözüdür, həm də qəlbinin döyüntüsüdür. Hətta həyatda bir-birlərini qəbul etməsələr də, ope-rator öz işinə və bu işi görən rejissora sadiq olmalıdır. Yalnız bu halda filmdə uğurlu təsvirə zəmanət verilə bilər. Moskva Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini fərqlənmə diplomu ilə bitirən Rafiq Quliyevin ilk işi ispan rejisso-ru Maurisio Miranda ilə çəkdiyi "Satqın" filmi olub. Venetsiyada kino məktəblərinin diplom işləri bölümündə nümayiş etdirilən "Gənc Mixailin görüntüsü" filmi diqqəti xüsusilə çəkib. Və film Kanada kino məktəbin tərəfindən dərs vəsaiti kimi alınıb. R.Quliyevdan ötrü bu film "qu quşu nəgməsi"dir. Çünki, filmdəki təsvirin ugurlu həllindən sonra bu sənətə təsadüfi gəlmədiyini anlayıb. Rus, italyan və qazax kinematoqrafçılarıyla birgə çəkilən "Cığır" filmində təsvirin 75 faizi ona məxsusdur. R.Quliyev "Cansıxıcı əhvalat", "Şahid qız", "QətI günü", "Fransız", "Hər şey yaxşılığa doğru" və başqa filmlərin operatoru olub. "Azərbaycan kapriççiosu" sənədli televiziya filminin isə rejissor-operatorudur. - Hüseyn Mehdiyev, Rasim Ocaqov rejissorluğa operatorluqdan gəliblər. Sizjə bu nə ilə bağlıdır? - Məsələ burasındadır ki, rejisso-run işi operatoru qane etməyəndə o özü nəyisə yaratmağa çalışır. Özünü axtarır, tapa bilmir. Axı sənət yaradıcılıqdı, onu üzə cıxarmalısan. Ona görə də çəkməyə başlayırsan. İkincisi, məncə, operator rejissorluğa o vaxt kecə bilər ki, başqalarının deyə bil-mədiyini deyə bilsin. Bəzilərində bu alınır, bəzilərində isə alınmır. Hər halda operator öz bacarığını maksimum dərəcədə realizə edə bilsə, həm özü, həm də cəmiyyət udar. Amma bizdə hazirda elə bir situasiyadir ki, çox adamın yeri səhv düşüb. Buna baxmayaraq son zamanlar çəkilən filmlərin operatoru olmadığına görə peşiman da deyiləm. - Rejissor Yavər Rzayevlə "Fövqəldünya" adlı sənədli film çəkmisiniz. Amma onun recissorluğu ilə çəkilən "Sarı gəlin" bədii filminin operatoru başqası oldu. Niyə əməkdaşlığınızı davam etdirmədiniz? Müraciət etmədi? - Yox, müraciət elədi. Sadəcə, o ikinci sənədli film çəksəydi, onunla işləyərdim. - Tofiq Tağızadəylə "Köpək" filmində iştəmisiniz. Həmin filmin taleyi necə oldu? Bu film "Vahidbank"ın sponsorluğu ilə çəkildiyindən sahibi də o idi. "Vahidbank" bağlanandan sonra filmin taleyi mənim üçün də naməlum qaldı. Bu, Tofiq Tağızadənin sonuncu filmiydi. Rejissor işi və dramaturgiya baxımından istifadə elədiyim bir çox biliklər ordan qaynaqlanır. Çəkilişlərdə az iştirak etməsinə, vaxtının məhdud olmasına baxmayaraq mən ondan çox şey öyrəndim. Bir də ki, şəxsiyyətlə işləmək adama zövq verir. Baxmayaraq ki, çəkilişlərdə problemlərimiz də olurdu. Filmdə baş operator Hüseyn Mehdiyev idi, mən onunla ikinci operator kimi işləyirdim. Təəssüflənirəm ki, böyük rejissor Arif Babayevlə, sənətini gözəl məqamında Şamil Mahmudbəyovla film çəkmədim. Ümumiyyətlə, poetika, energetika, plastika, harmoniya - bu səpkili filmlər mənə daha yaxındır. - Kliplərdəki operator işini yeni dəst-xətt kimi qəbul etmək olarmı? - Əvvəla, bu sahədə müstəqil dəst-xətti olan operator yoxdu. Azərbaycanın gözəl operator məktəbi olub: Teyyub Axundov, Arif Nərimanbəyov, Rasim İsmayılov, Rasim Ocaqov, Zaur Məhərrəmov, Hüseyn Mehdiyev. Hər məktəbin də öz dəsti-xətti olub. Müasir operator məktəbi iki nəfərin simasında özünü göstərir: Nadir Mehdiyevin və Mixail Xarçenkonun. Hər halda onları peşəkar kino məktəbinin nümayəndələri kimi nəzərdə tuturam. İndi onlar klip bazarında fəaliyyət göstərirlər və üzə çıxarı-lası işləri de onlar çəkir. Bu da göstəricidir. Amma bədii televiziya sənayəsi bərpa olunsa, yəqin ki, onlar bu sahədə də işləyərlər. Artiq Nadir Mehdiyev rejissor Ramiz Fətəliyevlə film çəkir. inanıram ki, maraqlı bir iş ortaya qoyacaqlar. 7-8 ildir ki, İncəsənət Universitetinin kinooperatorluq fakültəsi yaranıb və her il onun 3-4 məzunu olur. - Məktəb keçməyən operotorlor özlərinə haqq qazandırırlar ki, nəzəri biliklər əsəs deyil, təcrübə daha önəmlidir. -Məktəb keçməyənlə məktəb görmüş peşəkar arasında fərq ondadır ki, birincisi nəyi necə çəkməyi bilir. Nəzəriyyəni bilən peşəkar operator isə necəni nə üçün çəkməyi bilir. Yəni mən çəkəndə müəyyən bir şey baş verir və mən onu o cür çəkməliyəm. Amma ali təhsili olan başa dü-şür ki, nəyə görə belə baş verdi və nəzəri biliklərə malik olduğu üçün qabaqcadan hər şeyi görür. Təsvirin qurulması işığın fiziki xassələri ilə bağlıdır. Təsvirin fiziki xassələrindən baş çıxaran onu dəyişməyi də bacarır. Operatorlardan Adil Abbasovun işi də çox xoşuma gəlir. Peşəkar operator hər şeyi çəkməyi bacarmalıdır. Düzdü elə vaxt olub ki, nəyisə kiməsə, hətta özümə də sübut etmə-yə çalışmışam. Mənə ad qoymuşdular ki, o poetik kinonun adamıdır. "Hər şey yaxşılığa" doğru filminin operatoru oldum. Yəni bu formada və improvizə yolu ilə çəkilən film üslubunda işləməyə çalışdım, birinci növbədə özüm-özümə sübut etdim ki, mən bunu da bacarıram. - Telefilmlər çəkən bəzi dahi rejissorlar televiziya necə olmalıdır sualına cavab verməkdə çətinlik çəkirdilər. - Vaxtılə kinonun daşıdığı funksiyaları hazirda televiziya öz üzərinə götürüb. Televiziya ideoloci rupordur və ictimai fikrin formalaşmasında böyük rol oynayır. Məhz ona görə də kinoya dövlət səviyyəsində himayə azalıb. Çünki həmin funksiyanı tele-viziya məharətlə hayata keçirir. Bəzən həddən ziyadə təşəbbüsdə də bulunur və bu təşəbbüslər həddini aşır. Yəni hər şeyin həddi var. Rejissura həddin dəqiq tənzimlənməsidir. Rejissor bilir ki, tamaşaçının qavrama qabiliyyətinə sən nə dərəcədə təsir edə bilirsən, bundan artıq mümkündümü və yaxud lazımdırmı? Təbii ki, kino da ictimai fikri formalaşdırır. Amma kino hazırda sırf sənət kimi özünü qoruyub və ona cəmiyyət tərəfindən bu cür də münasibət bəslanilməyə başlayıb. Amma hər jəmiyyətdə ictimai şüurun müəyyən inkişaf dərəcəsindən asılı olaraq münasibət də dəyişir. Cemiyyət siyasiləşəndə sənətə meyl azalır. İndi icti-mai şüuru formalaşdıran, ideoloji rupor funksiyasını özündə daşıya bilən sənət növləri ön plana çıxıb. Problem ondadir ki, onlar özünü bədii sənət növünə calaq edirlər. Yəni jurnalist yazıçı olmaq iddiasına düşür, öz əxlaqını cəmiyyətə sırımağa çalışır. Bu münasibət aqressivliyə və aktivliyə keçəndə tamaşaçı onu qəbul eləmir. Bizim cəmiyyət siyasiləşmiş mərhə-lədədir və ona görə liderliyi bu növ "sənətkarlar" əlinə alıb. Kinonu səhnəyə 5-10 ildən sonra sənətin həqiqi daşıyıcıları gətirəcək. Onları hazırlamaq lazımdı. Hazırda mən o işlə məşqulam. Ən azı 6-7 rejissor, ssenarist ön plana çıxacaq. Təbii ki, indi məşq edirlər, sənəti oyrənirlər. Nə-zəriyyədən başqa təcrübə də qazanmalıdırlar. Təbii ki, televiziya və ki-no arasında həmişə rəqabət olub. Amma onların hər birinin öz funksiyası var. İntəhası, cəmiyyət üçün ki-no sırf sənət funksiyası daşıyır. Digər bütün funksiyaları televiziya öz əlinə alıb. Sırf kinematoqrafçı televiziyanın ritmiylə heç vaxt ayaqlaşa bilməz. Televiziya ritmi, operativliyi xoşlayır. İstər reportaj olsun, istər film istehsalı fərqi yoxdur. Bu çərçivə daxilində fəaliyyət göstərməlisən Hazirda biz də bu dilemmanın qarşısındayıq. Amma peşəni öyrənmək baxımından televiziya kinematoqraf üçün təcrübə bazasıdır. İşlədikcə istehsalat normativlərinə uyuşursan və bir çox kombinasiyaları təcrübədən keçirirsən. Vaxt gələcək, kinematoqrafla məşqul olanda o bunu daha rahat həyata keçirəcək. Biz indi öz işimizi daha çox tamaşaçı zəngləri əsasında qururuq. Man-jə, tamaşaçı artıq informasiya axınından yorulub və o, yaxşı filmlər üçün darıxıb. Tamşaçılar etnoqrafik, tarixi, təbiət mövzusunda, bir sözlə, insanın zövqünə sığal çəkən filmlər tələb edirlər. - Rusiyada, Avropada kinoya çox ciddi münasibət var. Müəyyən zaman keşiyində kinematoqraf Azərbaycanda da nüfuzlu sənətə çevrildi. Və atalarının gül balaları Moskvada təhsil alıb bu sənətlə məşqul olmağa başladılar. Məhz buna görə də müəyyən müddət Azərbaycan kinematoqrafı böyük inkişafdan qaldı. Amma hazırda kino nüfuzlu sənət deyil. Və kinematoqrafçıların əksəriyyəti televiziyada işləyir. İndi kinematoqrafa yalnız fədailər gələ bilər. Bu mənada kinonun tör-töküntülərdən dincələn vaxtıdır. Təəssüfki, indi müxtəlif festivalların keçirilməsi ya şou-biznes, ya da reklam məhsullarıyla bağlıdır. Hətta peşəkar Kinorejissorlar Gildiyası belə nominasiyalarına görə əvvəlki səviyyədən düşüb. - Siz sonuncu audiovizual festivalı nəzərdə tutursuz. - Bəli. Bilərəkdənmi, ya təsadüfdənmi sırf sənətin daşıyıcıları kölgədə qalıb. Belə olan halda kim sənətin daşıyıcısına çevrilə bilər. Yalnız sənətin fədailəri bu sənətin daşıyıcısı olacaq. Yadımıza teatrın, kinematoqrafın taleyini salaq. İndi bu proses yenidən təkrarlanır. Təəssüf ki, bu sənətə gələn adamlar bu gün də stimullaşdırılmır. Onlar dövlət tərəfindən aparıcı kino məktəblərinə oxumağa göndərilmir. Mən İncəsənət Universitetinin işini kölgədə qoymaq istəmirəm. Özüm də orada dərs deyirəm. Kinorejissor, kinooperator ən gənc fakultələrdir. Onların texnoloji bazası indi fonmalaşır. Bu da vaxt tələb edir. Ona kimi heç olmasa gəncləri müxtəlif sənət növləri üzrə hazırlamaq üçün xaricə göndərməliydik. - Sizə serial çəkmək təklif olunsa qəbul edərsiz? - Mən boyük məmnuniyyətlə operator kimi ciddi melodrama çəkərdim. Yaxşı olardı ki, informasiyanın daşıyıcısı kinolent olsun. Əsas məsələ mövzuda, mövzunun açılışında, rejissor işinin keyfiyyətindədir. Yaxşı ,olardi ki, bu işdə peşəkarlar çalışsın. Peşəkarlarsa tək-tükdür. Onlar da bu işdən aralansalar, bir neçə ildən sonra nə baş verəcəyi məlum deyil. Çünki telefilmlərin çəkilişi üçün tələblər var və onları yerinə yetirmək lazımdır. - Vaqif Mustafayev nazir müavini olandan sonra kinonun perspektivləri necə görünür? - Məncə, kinonun rəhbərliyinə sənət adamı yox, kinonu sevən məmur gəlməlidir. İnanmıram ki, rəhbərlikdə olan rejissor digər rejissorun, xüsusilə gənclərin ön plana çıxmasına şərait yarada bilsin. Tebii ki, rejissorun eqosu onu öz işini təmin etməyə sövq edəcək. Faktlar bunu sübut edir. Kino bir adamın işi deyii. Vəzifəyə gələn insan hər şeyi özü həll etmir və dispetçer rolunu oyna-yır. O bu sənətin daşıyıcılarını özünün səmimiyyətinə inandırmalıdır ki, əl-ələ verib Azərbaycan kinematoqrafiyasının inkişafına nail olsunlar. Və heç olmasa kinonun 70-ci illər səviyyəsini bərpa etsinlər. SEVDA | ||
+