3 filmə 3 milyard manat

Bu il Azərbaycanfilmin planı və büdjəsi belədir.


    Bu il «Azərbaycanfilm» kinostiudiyasında 3 filmin çəkilməsi tutulub. Kinostudiyanın direktoru Xamis Muradovun dediyinə görə, filmlərdən birini-«Günəş kələfi» ni rejissor Rasim Ocaqov (ssenari müəllifi Rüstəm İbrahimbəyov), digərini-«Məkənın melodiyası» nı (ssenari müəllifi Ramiz Rövşən və Hüseyn Mehtiyev) rejissor Hüseyn Mehdiyev çəkəcək. Üçüncü filmin adı ısə dəqiqləşdirilməyib. Çox güman ki, bu film «İblis» olacaq.
Çünkü olkə prezidenti Hüseyn Cavidin yubileyi ilə əlaqədar «İblis» adlı bədii, həm də sənədli filmin çəkilməsi üçün sərəncam imzalayıb. Amma ssenari hazır olmadığından məsələ bir qədər yubanıb. Güman ki, yaxın bir neçə ay ərzində həmin ssenari də hazır olajaq. Kinostudiyanın direktoru onu da bildirdi ki, adı çəkilən iki film bu ayın 25-dən istehsalata buraxılajaq.     Xatırladaq ki, ötən il Azərbaycanda 4 film istehsalata buraxılıb. Onlardan üçü «Manifest» (ssenari müəllifi və quruluşçu rejissor Vaqif Mustafayev), «Hacı Qara» (ssenari müəllifləri İ. Məlikzadə, C. Mehdiyev, quruluşçu rejissor C. Mehdiyev), «Güllələnmə təxirə salınır» (ssenari müəllifləri İ. Məlikzadə, Ə. Muradov, quruluşçu recissor Ə. Muradov) artıq hazırdır, Şəfa kitabı» (ssenari müəllifi və rejissor O. Mirqasımov) üzərində isə tamamlama işi gedir.
    Kino işləri üzrə baş idarənin rəhbəri Cəmil Fərəcovun dediyinə görə, bu il çəkiləjək filmlərin ümumi xərci 3 millyard manata yaxın olajaq. Hər bir film üçün ayrılıqda 800-900 milyon manat həcmində vəsait nəzərdə tutulub.
    «Məkanın melodiyası»nın rejissoru və ssenari müəllifi Hüseyn Mehdiyevin dediyinə görə, bu film hələ 1999-cu ildən plana salınıb. Keçən ildən isə istehsalata buraxılıb, sadəcə, hazırlıq işləri başa çatmadığından, daha dəqiqi, maliyyə imkanları olmadığından filmin çəkilişləri ləngiyib. Nəhayət ki, bu il bəxti açılıb. Artıq yaradıcı heyət də müəyyənləşdirilib. Filmin operatoru Amin Novruzov və Nadir Mehdiyev, rəssamı Mayıs Ağabəyova, bəstəkarı isə Azər Dadaşovdur. Sınaq çəkilişləri başa çatdığından aktyorlar da təstiqlənib.Baş rolları Əlləddin Abbasov, Ayan Mirqasımova və Mehriban Zəki oynayacaqlar. Natura çəkilişləri isə Quba bölgəsinin səfalı bir bağında lentə alınacaq. Digər kadrlar isə kinostudiyanın pavilyonlarında çəkiləcək.
    Film sinni 70-i ötmüş yaşlı bir musiqiçinin- violonçel ustasının kəşmə-kəşli taleyindən bəhs edir. Onun həyat yolu maraqlı bir sücet xətti ilə diqqətə çatdırılır. Filmdə olan hadisələr zaman etibarı ilə iki gün müddətinə cərəyan edir. Ömrü boyu musiqinin sirli aləmi içində yaşayan sənətkar yaratdığı sənət əsərlərini heç kimə təqdim etmir. Demək olar ki, özü üçün bəstələyir. Ömrünün son günlərini yaşadığını hiss edən ixtiyar qoca ötən günlərini yenidən gözləri önündə kino lenti kimi canlandırır. Bu zaman bütün bəstələdiklərini xatırlayır, təkjə bir melodiyasından başqa. Ona elə gəlir ki, bu musiqi əsərini itirib. Gərgin axatarışlara başlıyır. Məlum olur ki, bu melodiya onun vaxtilə sevdiyi və cəmiyyətin sərt qanunları və etik normaları çərçivəsində ayrıldığı bir qadına həsr olunub. Ailəsi, uşaqları olmasına baxmayaraq, həmin qadının ona bəxş etdiyi duyğuları heç zaman yaşaya bilməyən həmin kişi cəmiyyəti nəzərə alaraq öz sevgisini qurban verir və ömrü boyu bu səhv addımının bəlasını çəkir. Sevdiyi qadının da taleyi faciə ilə sonujlanır.Belə nəticə hasil olur ki, insanın vaxtilə buraxdığı səhv onun yaşamına və gələcəyinə böyük təsir göstərir. Bu mənada filmin qəhramanı ömrunun ixtiyar çagında anlayır ki, heç vaxt daxilən azad olmayıb.
    Rejissorun dediyinə görə, bu film müəyyən mənada «Özgə vaxt» filminin məntiqi davamıdır. Qayə ondan ibarətdir ki, insanın şüuru ilə cəmiyyətin qanunları arasında tarazlıq olmalıdır. İnsanlar bütünlüklə cəmiyyətin, qanunların əsirinə çevrilməməlidir. Beləcə, sonda əsərin qəhramanı həmin melodiyanı tapır və onun sədaları altında da dünyasını dəyişir.
    «Məkanın melodiyası» elə bu anlamda götürülür.
    Rejissorun dediyinə görə, filmin çəkilişləri üçün ayrılan və yaradıcılıq ideyalarını həyata keçirmək imkanı yaranır. Bütün çətinliklərə baxmayaraq, ortaya gözəl bir film qoymaq arzusundadır.
    İnşallah. Adından və süjet xəttindən göründüyü kimi, film çox maraqlı olacaq… Amma gəlin, tələsməyək, «Məkanın melodiyası»na elə məkan və zamanındaca baxıb qiymət verək. Eləcə də o birilərinə. Təki film çəkilsin, biz də baxağın dərdini çəkək.
+