“Yeni Rusiya kinosu” Bakıya gəldi.

“525-ci qəzet” 19.11.2002.

    Dünən "Nizami" kinoteatrında Bakıda "Yeni Rusiya kinosu" festivalının açılış mərasimi keçirildi. Qeyd edək ki, Azərbaycan və Ru-siya mədəniyyət nazirlərinin təşəbbüsü ilə keçirilən bu tədbir çərçivəsində bakılı kinosevərlərə qardaş ölkədə yeni istehsal olunmuş 4 film göstəriləcək. Noyabrın 21-dək davam edəcək tədbirdə kinosevərlərimiz Nikolay Lebedevin "Ulduz", Aleksandr Roqojkinin "Kukuşka", Filipp Yankovskinin "Hərəkətdə", Kira Muratovanın "Çexov motivləri" filmlərinə baxa biləcəklər.
    Bu münasibətlə Bakıya gələn rusiyalı qonaqlar sırasında Rusiya mədəniyyət nazirinin birinci müavini Denis Molçanov, görkəmli aktrisa Natalya Arinbasarova, aktyor və rejissor Konstantin Murzenko, "Çexov motivləri" filminin prodüsseri İqor Kolyanov, "Filmsinema" şirkətinin rəhbəri Sergey Los və başqalarının adları çəkilir.
    Açılış mərasimində mədəniyyət naziri Polad Bülbüloğlu çıxış edərək, son dövrlər Bakıda kino günlərinin, kinofestivalların, kino bayramlarının intensiv keçirildiyini vurğuladı: "Mən çox şadam ki, bizim mərkəzi kinoteatrımız "Nizami" yenə də tamaşaçılarla doludur. Həm də çox sevinirəm ki, kino sahəsində son illər bizdə xeyli irəliləyişlər olub. Kinomuzu daha da inkişaf etdirmək üçün Rusiyanın Mədəniyyət Nazirliyi ilə sıx əlaqə saxlayırıq. Bilirsiniz ki, Rusiyada da kino is-tehsalatına nəzarət Mədəniyyət Nazirliyinə həvalə olunub. Rusiyalı həmkarlarımız bizə kino yayımı, kinoteatrların təmiri, bərpası istiqamətində atacağımız addımlarda köməklik göstərirlər".
    Rusiya mədəniyyət nazirinin birinci müavini Denis Molçanov bu tədbirin təşkilindən məmnun olduğunu dilə gətirdi: "Biz sizə Rusiya filmlərinin retrospektivini yox, yeni filmləri təqdim edirik. Bu filmlərin dördü də Rusi-yada bu günlərdə kinoprokata buraxılıb. Festivalları nəzərə almasaq, bu filmlər ilk dəfədir ki, ölkədən kənara çıxır. Lakin mənə elə gəlir ki, Azərbaycana Ru-siya kinosu və bizim ölkəyə sizin filmləriniz təkcə bu şəkildə, yəni festivallar, kino günləri vasitəsilə galmamalıdır. Hər iki ölkənin Mədəniyyət Nazirliyi elə bir şərait yaratmalıdır ki, filmlərimiz qarşılıqlı olaraq, birbaşa kinop-rokata verilsin".
    Aktrisa Natalya Arinbasarova bununla Azərbaycana üçüncü dəfə gəldiyini bildirdi: "Ilk dəfə mən sizin ölkəyə 1980-ci illərdə gəlmişəm. O vaxt burada "Yoldaş kino" adlı möhtəşəm bir tədbir keçirilirdi. Bir neçə il bundan əvvəl isə Rüstəm İbrahimbəyov məni "Şərq-Qərb" kinofestivalına dəvət etmişdi. Bu səfərlər zamanı Azərbaycandan o qədər xoşum gəlmirdi ki, üç-dörd gün əvvəl mənə zəng edib deyəndə ki, Bakiya getmək istəyirsinizmi, məmnuniyyətlə razılaşdım. Amma çox təəssüfki, bu kino günlərində mənim filmim göstarilməyəcək. İstərdim ki, belə tədbirlər tez-tez keçirilsin, ora Qazaxıstan kinematoqrafçıları da də-vət olunsun, mənim də bu yaxınlarda premyerası keçirilən "Leylanın duaları" filmim burda nü-mayiş etdirilsin".
    Rəsmi hissə bitdikdən sonra Nikolay Lebedevin "Ulduz" filmi nümayiş etdirildi.

VƏFA.
+