Rasim Ocaqov – recissor, operator
  22.11.1933-ci ildə Azərbaycanın Şəki şəhərində anadan olub. 1951-1956-cı illərdə Moskvada ÜDKİ-nun kinooperatorluq fakultəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun recissorluq fakultəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu-rejissor işləyir.Azərbaycanın və SSRİ-nin Dövlət mükafatları laureatıdır. Respublikanın xalq artistidir.

  Filmoqrafiya:

1958 "Onun böyük ürəyi" - operator
1959 "Əsl dost" - operator
1959 "Bizim küçə" - operator
1966 "Sən niyə susursan?" - operator
1969 "Bir cənub şəhərində" - operator
1971 "Əsas müsahibə" - operator
1972 "Skripkanın sərgüzəşti" - operator
1973 "Ömrün ilk günü" - operator
1974 "Qatır Məmməd» - rejissor
1975 "Tütək səsi" - rejissor
1977 "Ad günü" - rejissor
1979 "İstintaq" - rejissor
1981 "Bağlı qapı arxasında"- rejissor
1983 "Park" - rejissor
1987 "Özgə həyat" - rejissor
1989 "Ölsəm bağışla" - rejissor
1990 "Qətldən 7 gün sonra" - rejissor
1993 "Təhminə" - rejissor
1995 "Həm ziyarət, həm ticarət" - rejissor
1999 "Otel otağı" - rejissor